Bia.Az

“20 MİN MANAT ALMIŞAM...” - Deputat gəlirlərini və xərclərini açıqladı

Siyasət
 1-08-2020, 13:00     43

Qurban bayramı münasibəti ilə deputatlara 549 manat bayrampulu verilməsi sosial şəbəkələrdə geniş müzakirələrə və tənqidlərə səbəb olub. Əksər statuslarda işsizlərə iyul ayında verilməyən 190 manat birdəfəlik yardımla yüksək əməkhaqqı alan deputatlara bayram xərcliyi verilməsi müqayisə edilib.

Deputat Erkin Qədirli isə tənqdilərə cavab olaraq deputat olduğu fevral-iyul aylarının maliyyə hesabatını açıqlayıb. “Azpolitika.info” deputatın qeydlərini oxuculara təqdim edir:
“Mart-avqust aylarında (maaş + bayram payları + məzuniyyət haqqı) təxminən 20 min manat almışam. Ortalama, aya 3.3 min manat alınır. Maaşdan başqa gəlirim yoxdur.

Xərclərim:

1) 4,000 (çeşidli xeyriyyə işləri - heç birisi hökumətin təşəbbüsü və ya kommersiya layihəsi olmayıb);
2) 2,400 (anamın evində təmir işləri);
3) 1,500 (maşınımı bir neçə dəfə təmirə aparmalı oldum - 13 ildi sürürəm onu, istər-istəməz orasını-burasını düzəltmək lazım gəlir);
4) 1,000 (saytın qurulmasına verdim - hələ açmamışam);
5) başqa xərclər (kommunal, benzin, çeşidli xəbər və analitik saytlarda abunə haqları, ərzaq və s.)

Bu statusun yazıldığı anda maaş kartımda 9,860 manat 59 qəpik var.
Hesabat dövründə heç bir əmlak əldə etməmişəm. Yalnız, doğum günümdə dostlar Çin istehsalı olan 1 smartfon (Xiaomi), 1 kostyum, 1 köynək və 1 qalstuk bağışlayıblar”.

BİA.az
скачать dle 12.1