Bia.Az

Qarabağdakı rus sülhməramlıları… – Zaxarova açıqladı

Siyasət
 12-01-2024, 14:33     158

“Rusiya sülhməramlılarının Qarabağ ermənilərini müdafiə etməməsi və “etnik təmizləmə”yə icazə verməsi ilə bağlı bəyanatlar reallığa uyğun deyil”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan rəsmilərinin sülhməramlıların fəaliyyətləri ilə bağlı açıqlamalarına münasibətdə deyib.

“Bu bəyanatlar konstruktiv deyil, sadəcə məsuliyyəti öz üzərlərindən atmaq üçün cəhdlərdir. Bu kimi açıqlamaların ikitərəfli münasibətlərə zərər verdiyini heç vaxt deməmişik. Amma təəssüf ki, kimin üçünsə bu, faydalı görünür”, – M.Zaxarova bildirib.скачать dle 12.1