Bia.Az

Rusiya siyasətinin qorxunc 19-cu bəndi – Orada yazılıb ki…

Siyasət
 12-01-2024, 01:56     199

“Qərb raketlərinin Rusiyaya zərbələr endirməsi Moskvanın nüvə silahından istifadəsi üçün əsasdır”.

Globalinfo.az xəbər verir ki, bu fikri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev səsləndirib.

O bildirib ki, Ukraynada Qərbin uzaqmənzilli raketləri ilə Rusiyanın bütün ərazisində olan buraxılış qurğularını məhv etməyi düşünürlər:

“Onlar bu addımla Rusiyanın dövlət siyasətinin əsasını təşkil edən 19-cu bəndin hərəkətə keçməsi riski ilə üzləşirlər. Çünki bu bənddə deyilir ki, Rusiya dövlətin mövcudluğuna təhlükə yarandıqda nüvə silahından istifadə edə bilər. Bu, özünümüdafiə hüququ deyil. Bir dövlətə qarşı nüvə silahından istifadə etməyimiz üçün birbaşa əsasdır”, – deyə Medvedyev fikirlərini yekunlaşdırıb”.

Qeyd edək ki, daha öncə də Medvedev Rusiyanın Qərb ölkələrinə nüvə zərbələri endirməsinin mümkünlüyü haqda fikir səsləndirib.скачать dle 12.1