Bia.Az

Prezidentin Azərbaycan televiziyalarına müsahibə verməyi müstəsna əhəmiyyətə malikdir-Tural İsmayılov

Siyasət
 11-01-2024, 20:43     219

"Prezident İlham Əliyevin 10 yanvarda yerli televiziyalara verdiyi müsahibə Azərbaycanın istər daxili, istər xarici siyasət və beynəlxalq münasibətlər sistemi ilə bağlı mövqeyinin ən yüksək səviyyədə növbəti dəfə bəyan edilməsi idi".

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a  açıqlamasında bildirib:

"Ölkə başçısı İlham Əliyev 44 günlük Vətən müharibəsi dövründə, ondan əvvəl  postmüharibə dövründə də həmişə informasiya müharibəsinin də Ali Baş Komandanı kimi bu prosesdə ön cəbhədə yer alıbdır və 2024-cü il ərəfəsində Azərbaycanın COP29 kimi önəmli beynəlxalq bir tədbirə evsahibliyi etməsi fonunda gözləniləndir ki, ölkəmizlə bağlı xaricdəki antiazərbaycan dairələrin dırnaqarası təzyiqləri artsın. Belə bir məqamda ilin əvvəlində Prezidentin 3 saata yaxın Azərbaycan televiziyalarına müsahibə verməyi və burda çox incə məqamlarla bağlı konkret aydın suallara izahlar verməsi hesab edirəm ki, müstəsna əhəmiyyətə malikdir".скачать dle 12.1