Bia.Az

Nazirlər Kabineti buraxılır, onlar istefa verir, yeni kabinet formalaşdırılır – Azərbaycanda şok yaşanacaq

Siyasət
 11-01-2024, 20:09     195

Azərbaycanda növbədənkənar prezident seçkisindən sonra Nazirlər Kabinetinin istefa verəcəyi gözlənilir. Konstitusiyanın 116-cı maddəsinə əsasən, yeni seçilmiş Azərbaycan Prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti Azərbaycan Prezidentinə istefa verir.

İndiki məqamda əsas aktual məsələ yeni Kabinetinin tərkibinə kimlərin düşməsidir. Bir də sürpriz simaların kim olması ətrafında maraq haləsi yaranıb. Son illərdə aparılan ardıcıl kadr islahatları fonunda hökumətdə yeni simaların olması istisna deyil. Bəzi ekspertlər hesab edir ki, yaşlı kadrları gənc kadrlar əvəzləyəcək.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, konstitusiyanın 118-ci maddəsinə görə, baş nazir vəzifəsinə namizədlik haqqında təklifi Azərbaycan Prezidenti onun öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Milli Məclisinin müzakirəsinə təqdim edir:

Aqşin Kərimov
“Milli Məclis razılıq verdikdən sonra prezident yeni baş naziri təyin edir. Bundan sonra prezident Nazirlər Kabineti yeni tərkibdə formalaşdırılır.
Bildirək ki, Milli Məclis baş nazir vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya prezidentin təqdim etdiyi namizədlərin baş nazir vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, prezident hökumət başçısını Milli Məclisinin razılığı olmadan təyin edə bilər.
Seçkidən sonra yeni nazirlik və struktur yaradılması gözləniləndir. O ki qaldı yaşlı kadrları gənc kadrlar əvəzləmə məsələsinə, “Köhnə qvardiya”dan qalan məmurların vəzifəsindən azad ediləcəyi istisna deyil.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə deyib ki, Azərbaycan Konstitusiyasının 109-cu maddəsinə görə Nazirlər Kabinetinin tərkibini Prezident müəyyən edir:

İqbal Ağazadə

“Yəni nazirlərin kimlər olacağını prezident bilir. Bu mənada öncədən nəsə deməyi doğru hesab etmirəm. Lakin bununla belə demək olar ki, cəmiyyətin bu istiqamətdə bir gözləntisi var. Yeni simaların olması əlbəttə ki, arzuolunandır. Özü də həmin yeni simaların daha effektiv və uğurlu iş görməsi gözləntisi də var. Lakin bütün hallarda bu qərarı prezident verəcək”.

Ağ Partiya başqanı Tural Abbaslının sözlərinə görə, Nazirlər Kabinetini formalaşdırmaq Prezidentin müstəsna səlahiyyətidir:

Tural Abbaslı
“Yəni mütləq şəkildə Nazirlər Kabinetinin tərkibi dəyişəcək deyə bir şey yoxdur. Əgər Prezident mövcud komandadan razıdırsa, dəyişməyə də bilər. Yox, əksinə, narazı olduğu şəxs və ya şəxslər varsa, yeni simaların olması mümkündür.
“Köhnə qvardiya”dan demək olar ki, heç kəs qalmayıb. Əksər nazirlər gənc və yenidir. Ümumiyyətlə bu məsələdə əsas meyarın gənclik, yada yaşlılıq olması doğru deyil. Əsas məsələ yanaşma tərzindədir.
Yeni kadrlar köhnə yanaşma ilə iş görürsə, bu zaman kadr dəyişikliyinin elə də bir effekti olmur. Buna görə də Prezident bu məsələləri daha yaxşı bilir və işləyəcəyi komandanı özü təyin edir”.скачать dle 12.1