Bia.Az

Əks halda İrəvan bu gününə şükür edəcək-Əli Zülfüqaroğlu

Siyasət
 11-01-2024, 18:59     188

"Tarixə nəzər salsaq, görərik ki, Ermənistan Azərbaycanın tarixi torpaqlarında dövlət qurub. İrəvanın güzəştə gedilməsindən sonrakı dönəmdə, sovet hakimiyyəti illəri də daxil olmaqla ermənilər zaman-zaman  Azərbaycandan torpaq qoparmağa nail olublar. Son olaraq da işğal etdikləri Azərbaycanın torpaqlarını geri qaytarmaq istəməmələrinin və özlərinə arxayın olmalarının səbəbi uzun illər öyrəşdikləri işğalçılıq siyasətinin cavabsız qalacaqlarına əmin olmaları idi. Amma tarix boyu unutmayacaqları zərbə aldılar və Azərbaycan onları layiq olduları yerdə oturtmağı bacardı."

BİA.az xəbər veir ki, bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu deyib. O, bildirib ki, Vətən Müharibəsindən sonra da Ermənistan və artıq tarixin arxivinə gömülmüş, "rəhbərləri" Bakıda həbsdə olan separatçı xunta rejimi müxtəlif oyunlar oynamaqla və təxribatalara yol verməklə öz istəklərinə çatmaq və mövcudluqlarını qorumaq istəyirdilər:

"Amma Azərbaycan bir günlük antiterror tədbirləri ilə bu problemi aradan qaldırdı və suverenliyini tam olaraq bərpa etdi. İndi də Ermənistan sülh danışıqları prosesində manipulyasiyalara cəhd edir. Sərhədlərin delimitasiyası ilə bağlı müzakirlərdə xəritə oyununu ortaya atmaqla danışıqlar prosesinin müsbət dinamikasına zərbə vurur. Sovet illərində belə, minlərlə hektar ərazilər Ermənistana otlaq sahələri kimi verilib və bunlar qeydiyyata alınmayıb. Həmçinin, sonuncu dəfə 1969-cu ildə SSRİ rəhbərliyi tərəfindən Ermənistana Azərbaycan ərazilərindən torpaq verilib. Ona görə də Ermənistan danışıqlar prosesində daha sonrakı dönəmin xəritələrinə, xüsusiə Rusiya baş qərargahında saxlanıldığı bildirilən 1975-ci ilin xəritəsinə istinad etməyə çalışır. Amma təbii ki, Azərbaycan tərəfi bunu çox yaxşı bilir və Ermənistanın bu iddiasını qətiyyətlə rədd edir. Bu səbəbdən də dövlət başçısı bölgədə geosiyasi maraqları olan gücləri neytrallaşdırmaq üçün ilkin olaraq sülh prosesini imzalamaq və sərhədlərin delimitasiya və demarkasiyası prosesini sonraya saxlamaq istəyir. Hesab edirəm ki, Ermənistan tərəfi Azərbaycana qarşı heç bir halda diktə dili ilə danışa bilməz və Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn təkliflərinə boyun əyməli və sülhə imza atmalıdır. Əks halda İrəvan bu gününə şükür edəcək".

BİA.az
скачать dle 12.1