Bia.Az

Sərhədlər qapalı qaldığı halda Ermənistan dalan ölkə olaraq qalmaqda davam edəcək-Oqtay Qasımov

Siyasət
 11-01-2024, 15:37     199

"Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələ bilirsiniz ki, 10 noyabr üçtərəfli bəyanatın 9-cu maddəsində açıq şəkildə göstərilir. " 

Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a  açıqlamasında bildirib:

"Bu dəhlizin hansı şərtlərlə, necə və hansı prinsiplərlə açılacağı aydın şəkildə yazılıb. Ermənistan o vaxtdan bu vaxta qədər bu mövzu ətrafında manipulyasiya edir və Naxçıvanı Azərbaycanla birləşdirən ən uyğun, ən qısa, ən əlverişli və coğrafi baxımdan ən sərfəli coğrafiya əvəzinə bizə tamamilə fərqli istiqamətlərdən təkliflər verir. Yəni, elə ərazilərdən avtomobil yolunu təklif edib ki, orada ilin 6 ayında hərəkət etmək ciddi şəkildə problem yaradır. Məhz bu baxımdan Azərbaycan Prezidenti açıq şəkildə Ermənistanın bu avantürasının qəbul edilməyəcəyini bildirdi. Azərbaycanın bu tələbi beynəlxalq hüquqa əsaslanır, çünki, bir daha qeyd etmək istəyirəm ki, bu dəhlizin açılması Ermənistanın öhdəliyidir. Bununla bağlı fikirlər dəfələrlə səsləndirilib. Azərbaycanın tələbi ondan ibarətdir ki, dəmiryolu və avtomobil yolu eyni coğrafiyadan keçməlidir. Belə uyğun bir coğrafiya yalnız və yalnız Araz boyunca Mehri rayonu ərazisindədir. Sovet vaxtı burada dəmiryol xətti mövcud olub və işləyib, o sadəcə bərpa olunmalıdır. Avtomobil yolu da həmin ərazidə mövcud olub sadəcə olaraq onun yenidən qurulması başa çatdırılmalıdır. Bu baxımdan Azərbaycan Prezidentinin mövqeyi birmənalı şəkildə bildirilib. Ermənistan əgər bu öhdəliklərdən qaçacaqsa, onu yerinə yetirməyəcəksə təbii ki, Azərbaycan Ermənistanla sərhəddin hər hansısa digər məntəqəsini açması ilə  bağlı hansısa qərar verməyəcək. Bu da Prezident tərəfindən açıq şəkildə səslənib. Məhz Azərbaycanın tələbi və Ermənistana mesajı bundan ibarətdir ki, artıq bu mövzu ilə bağlı manipulyasiya etməyin yeri yoxdur. Zaman keçir. Əks halda bu manipulyasiyalar davam edəcəksə, o zaman Azərbaycan təbii ki, bundan tamamilə imtina edə bilər. Sərhədlər də qapalı qaldığı halda Ermənistan dalan ölkə olaraq qalmaqda davam edəcək".скачать dle 12.1