Bia.Az

İrəvanın Bakıdan əsas istəyi budur... - Mirzoyan

Siyasət
 10-01-2024, 14:59     157

"Ermənistan Azərbaycan tərəfinin sülh müqaviləsi ilə bağlı təqdim etdiyi son təkliflərdə bir sıra maddələrdə müəyyən geriləmə, həm də bir neçə digər istiqamətlərdə müəyyən irəliləyiş görür. Yanvarın 4-də Ermənistan tərəfi sülh müqaviləsinin mətni ilə bağlı İrəvanın təkliflərini Bakıya göndərib".

Ölkə.Az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan yunanıstanlı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransı zamanı bildirib.

“Biz həmin təkliflər üzərində işlədik və öz təkliflərimizi göndərdik. Sülh müqaviləsinin son nəticədə əsaslanacağı prinsiplər vacibdir. Ölkələr heç bir qeyri-müəyyənlik olmadan bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Əgər ölkələr arasında demarkasiya prosesi uzun çəkə bilərsə, o zaman sülh sazişi heç olmasa gələcəkdə demarkasiya prosesinin davam edəcəyi aydın əsaslara malik olmalıdır. Ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və gələcək demarkasiya Ermənistanın heç bir qeyri-müəyyənliyə yol verə bilməyəcəyi məsələlərdir”, - Mirzoyan vurğulayıb.
скачать dle 12.1