Bia.Az

"Azərbaycanın sülh müqaviləsi ilə bağlı təkliflərində müəyyən irəliləyiş var" - Mirzoyan

Siyasət
 10-01-2024, 14:07     139

Ermənistanın xarici işlər naziri Azərbaycanın sülh müqaviləsi ilə bağlı təkliflərində müəyyən irəliləyiş olduğunu qeyd edib.

Bizimyol.info xəbər verir ki, Ermənistan mətbuatının verdiyi məlumata görə, bunu Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan yunanıstanlı həmkarı Giorgos Gerapetritislə keçirdiyi mətbuat konfransında bildirib.
“Bəli, deyərdim ki, biz Azərbaycanın təkliflərində mətnin müəyyən bəndləri üzrə məzmun baxımından müəyyən geriləmə, eyni zamanda bir sıra digər sahələrdə müəyyən irəliləyiş görürük”, - deyə Mirzoyan bildirib. Onun sözlərinə görə, Ermənistan bu məqamlar üzərində işləyib və öz konstruktiv təkliflərini göndərib. Erməni nazir əlavə edib ki, növbəti təkliflər paketində irəliləyiş və ya geriləmədən asılı olmayaraq, sülh müqaviləsi bir sıra prinsiplərə əsaslanmalıdır: "Ölkələr heç bir qeyri-müəyyənlik olmadan qarşılıqlı ərazi bütövlüyünü tanımalıdır. Bu, maksimum aydınlıq tələb olunan məsələdir. Və yekun sülh müqaviləsi bu aydınlığı təmin etməlidir", - deyə Mirzoyan bildirib.
O qeyd edib ki, delimitasiya prosesi illər çəkə bilər, lakin sülh müqaviləsində prosesin aydın səbəbləri göstərilməlidir. Onun sözlərinə görə, bu iki məsələdə hər hansı qeyri-müəyyənlik gələcək təcavüz və eskalasiya üçün əsas ola bilər.
Bundan əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, yanvarın 4-də Ermənistan sülh müqaviləsi ilə bağlı cavab təkliflərini Azərbaycana çatdırıb. "Dekabrın sonunda Azərbaycandan təkliflər paketi daxil olub və iki həftə ərzində Ermənistan tərəfi öz sənədini göndərib.
Bakıdan hələ ki, cavab ala biməmişik", - deyə o qeyd edib.скачать dle 12.1