Bia.Az

"Növbədənkənar seçki tarixə möhür vuracaq, xalq iradəsini ortaya qoyacaq və öz liderini seçəcək"

Siyasət
 9-01-2024, 13:48     207

"Azərbaycan 44 günlük Vətən müharibəsində qələbəsi və 2023-ci ildə 23 saatlıq lokal xarakterli antiterror tədbirlərindən sonra ərazi bütövlüyünü tam bərpa etmiş oldu. Dünyada 40-dan yuxarı donmuş münaqişələr illərdir qalmasına baxmayaraq, yeganə ölkə oldu ki, özü ərazisində olan illərlə uzanan münaqişəni bərpa etdi. Həm İlahi ədaləti, həm beynəlxalq hüququ bərpa etmiş oldu".

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Vüqar İskəndərov danışıb. Deputat bildirib ki, həm dünyada, həm bölgədə artıq yeni çağırışlar, yeni tələblər var.


Vüqar İskəndərov 
Vüqar İskəndərov

“Azərbaycan prezidenti cənab İlham Əliyev 2024-ci il fevralın 7-sinə növbədənkənar prezident seçkilərini təyin etməsi eyni vaxtda bir neçə məsələnin həll edilməsini təmin etmiş oldu. Yeni çağırışlara bütöv bir Azərbaycanla getmək və bütün ərazilərində müstəqilliyini qazandıqdan sonra ilk dəfə olaraq seçki keçirmək, bütöv Azərbaycanın prezidenti seçkisini təşkil etməkdir.


Ərazilərimizdə ilk dəfə olaraq - Xankəndində, Şuşada və digər ərazilərdə seçki məntəqələrini quraraq, orada artıq məskunlaşmış insanların səs verməyə getməsi və özünü Azərbaycanlı sayan hər bir qürurlu insanın bu seçkidə fəal iştirak etməsi çox önəmlidir.


Dünyada yeni siyasi arxitektura və siyasi palitranın qurulmasında iştirak edən və dünyada artıq sayılıb seçilən bir Azərbaycanla irəliləmək, artıq bütöv bir Azərbaycan prezidenti olaraq irəli getmək və xalqı arxasınca aparmaq günün tələbləri idi”-deyən deputat bildirib ki, növbədənkənar seçki tarixə möhür vuracaq, xalq iradəsini ortaya qoyacaq və öz liderini seçəcək.


Qarşıdakı illərdə Azərbaycan öz uğurlu inkişafını daha yeni çağırışlara uyğun daha sürətlə daha keyfiyyətlə davam etdirəcək.

скачать dle 12.1