Bia.Az

Fərəc Kərimli sərbəst buraxılıb

Siyasət
 29-07-2020, 15:25     319

Bu gün səhər polis tərəfindən saxlanılan Müsavat başqanının müavini Fərəc Kərimli sərbəst buraxılıb.
BİA.az xəbər verir ki, bu barədə Fərəc Kərimli özünün feysbuk səhifəsində yazaraq məlumat verib:
“Dostlar, səhər saat 7-8 arası Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən yaşadığım mənzildən polis idarəsinə aparıldım. Saxlanma səbəbim kimi iyulun 14-dən 15-ə keçən gecə Milli Məclisin qarşısında keçirilən aksiyada iştirakım bildirildi. Polis idarəsində aksiyada iştirak edən, mənə bənzəyən birinin şəkili göstərildi. Video görüntülərə də baxılmasını istədim. Video görüntülərə baxılan zaman görüntülərdəki adamın başqa biri olduğu ortaya çıxdı.
İzahatım alındıqdan sonra sərbəst buraxıldım.
Mənə görə narahat olan dostlara təşəkkür edirəm. Hal hazırda evdəyəm”.

BİA.az
скачать dle 12.1