Bia.Az

“Ərdoğan Ermənistanın işğalçı olduğunu Putinə açıq şəkildə izah etdi”

Siyasət
 28-07-2020, 14:08     329

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın dünən Türkiyə və Rusiya liderləri arasında baş tutan telefon danışığı ilə bağlı detalları açıqlayıb.
Yenisabah.az xəbər verir ki, İ. Kalın bununla bağlı “CNN Türk”ə  müsahibəsində bildirib ki, Ərdoğan Ermənistanın işğalçı olduğunu Putinə açıq şəkildə izah edib:
“Burada işğalçı Ermənistandır. Cənab Prezidentimiz bunu dünən hörmətli Putinə də açıq şəkildə izah etdi. Biz Azərbaycanın yanındayıq. Prezidentimizin münasibəti belədir. Bununla bağlı ən kiçik tərəddüd belə yoxdur. Azərbaycana təhdid haradan gəlirsə gəlsin, Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək. Lakin bu, diplomatik kanalların bağlanması mənasına gəlmir. Putinlə telefon danışığı zamanı çox yaxşı bir nöqtəyə gəlindiyini söyləyə bilərəm”.

BİA.az
скачать dle 12.1