Bia.Az

Bakı-Paris xətti üzrə gərginlik: Erməni sevdası bəhanəsi - ŞƏRH

Siyasət
 3-01-2024, 15:15     150

Azərbaycan-Fransa münasibətlərində gərginlik artan templə davam edir. Məlum olduğu kimi ötən ilin sonu Azərbaycan xüsusi xidmət orqanlarının əməliyyatı nəticəsində ölkə ərazisində Fransa səfirliyinin agentura şəbəkəsi aşkarlanıb. Bunun ardınca Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirliyin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və "Diplomatik əlaqələr haqqında" 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən "persona-non-grata" (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb. Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb olunub və XİN-in müvafiq notası Fransa səfirinə təqdim edilib. Fransa da adekvat addım ataraq Azərbaycan səfirliyinin iki əməkdaşını heç bir əsas olmadan "arzuolunmaz şəxs" elan edib. Nəticədə münasibətlər yenidən kəskin fazaya qədəm qoyub.

Millət vəkili Nəsib Məhəməliyev "Sherg.az"a açıqlamasında deyib ki, Fransanın Azərbaycana yönəlik qərəzli siyasətinin tarixi kökləri var.

Deputat bildirib ki, bu ölkə 100 il bundan əvvəl də ermənilərə dəstək verib, tarixi Azərbaycan torpaqlarında separatçılığı alovlandırıb, türklərə qarşı soyqırımı, etnik təmizləmə prosesində yaxından iştirak edib:

"Hər kəsə bəllidir ki, fransızlar Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra Paris Sülh Konfransına yollanan nümayəndə heyətimizə viza verməkdən imtina edirdilər. Fransa geosiyasi mənada Türkiyə ilə də ciddi rəqabət aparır. Ancaq son illər müxtəlif coğrafiyalarda gedən proseslərə diqqət etsək, görərik ki, Paris uduzur. Azərbaycan və Türkiyə qardaş ölkə olduğuna görə, rəsmi Paris bizim uğurlarımızı da həzm edə bilmir. Təbii ki, türkəfobiya elementləri də buradan qaynaqlanır. Biz buna hazır olmalı, daha da güclənməli, adekvat cavab verməliyik. Bir şeyi bilməliyik ki, geosiyasi maraqlar toqquşduqca düşmənçilik davam edəcək. Fransanın davranışları erməni sevdasından daha çox, özünün maraqlarını təmin etmək üçündür. Ermənilər isə sadəcə bu oyunu oynamaq üçün alətdir".
скачать dle 12.1