Bia.Az

“Bu əlbəttə ermənilərə daha bir zərbə olar” – ABŞ-ın qərarına reaksiya

Siyasət
 23-07-2020, 14:00     313

Ermənistan-Azərbaycan münaqişəsində rəsmi Bakıya əlavə üstünlüklər qazandıra bilər.

Qeyd edək ki, Konqresin Nümayəndələr Palatası “Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovada işğal olunmuş ərazilərdən köçkün düşmüş və həmin ərazilərdə qətlə yetirilmiş sözügedən ölkələrin vətəndaşları barədə hesabatın Dövlət katibi tərəfindən Müdafiə katibi ilə əlaqələndirilməklə Konqresə təqdim olunması” barədə 296 saylı düzəlişi qəbul edib. Bu düzəlişə əsasən 1991-ci ildən bu yana işğal və itkilərlə bağlı ABŞ Konqresinə müvafiq qurumlar tərəfindən hesabat təqdim olunacaq. Bu, erməni işğalı və soyqırım aktlarının ABŞ qanunverici orqanında rəsmiləşməsi deməkdir.

Uzun illər idi ki, erməni lobbisi Azərbaycan ərazilərinin işğal olunması faktının rəsmən tanınmasına mane olurdular. Ermənipərəst konqresmenlərin dəstəyilə rəsmi İrəvan istəyinə nail olurdu. Lakin bu dəfə onların niyyəti baş tutmadı.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu Yenisabah.az-a bildirib ki, Konqresin qəbul etdiyi sənəd Ermənistana, ABŞ-dakı erməni lobbisinə ciddi zərbə sayıla bilər. Politiloqun fikrincə, Azərbaycanın ərazi bütövlüyünün rəsmən tanınması Qarabağ münaqişəsinin həllində Azərbaycana müəyyən imkanlar açır. “Əgər Azərbaycan işğal olunmuş ərazilərini hərbi yolla azad etmək istəyərsə, bu sənədi də əlində əsas tuta bilər.

Hər halda Qarabağ münaqişəsinin həllində vasitəçi ölkələrdən olan ABŞ-ın Azərbaycanın ərazi bütövlüyü məsələsini xüsusi vurğulaması, işğal faktını rəsmən tanıması Bakının bu məsələdə mövqelərini bir qədər də gücləndirir. Qeyd edim ki, uzun illər idi ki,ABŞ-dakı erməni lobbisi bununla bağlı ciddi iş aparırdı. Ona görə də adətən onların dedikləri keçirdi. Amma bu dəfə əksi oldu. Bu sənəd erməni cinayətlərinin araşdırılmasında da mühüm rol oynaya bilər. Əgər işğal fakı rəsmən tanınıbsa onun nəticələrinə də qiymət verilə bilər. Bu da əlbəttə ermənilərə daha bir zərbə olar. Ən azı Xocalı faciəsinə hüquqi qiymət verilməsinə nail olmaq mümkündür”, - deyə politoloq bildirib.

BİA.azскачать dle 12.1