Bia.Az

"İstərdim ki, ermənilər Azərbaycana hücum etsin..." - Politoloq

Siyasət
 25-12-2023, 20:30     260

“Hindistanın Ermənistana satdığı silahların təkcə müdafiə yox, həm də hücum xarakterli olduğu üzə çıxır. Ermənilər Hindistandan gəlmiş qaraçı kökənlilərdir. Vaxtilə İran müdafiə edib bir kənara atdı, indi də Hindistan öz qaraçılarını müdafiə edir və onlara silah ötürür”.

Bunu politoloq Cümşüd Nuriyev Bakupost.az -a deyib.

O qeyd edib ki, Hindistan Ermənistana Rusiyadan aldığı köhnə silahları satır. Ermənistana verilən haubitsalar uzağı 50-100 kilometr vurur, sərhədə yaxınlaşanda Azərbaycan onları məhv edəcək:“İstərdim ki, ağıllarını itirib Azərbaycana hücum edələr, biz də Zəngəzur və Göyçədən keçib Naxçıvanla birləşək, məsələ bitsin, ermənilərlə bu münaqişəyə birdəfəlik son qoyaq”.

Politoloqun dediyinə görə, Hindistanla bağlı seçim edən ABŞ-dir. Amerika Hindistanla Çinin yerini dəyişdirməyə çalışır. Bu, ABŞ-nin yeni xarici siyasət strategiyasında qeyd olunub:

“Uzun müddət Çini dəstəklədilər və bu ölkə inkişaf etdi. Vaşinqton gördü ki, həm Çinin ümumi daxili məhsulu (ÜDM) Amerikanı ötür, həm də Rusiyanın yanında yer alıb. İndi ABŞ-nin Ukraynaya münasibətinin dəyişməsinin də arxasında bu məsələ durur. Çünki Çini Rusiyanın yanında görmək istəmirlər, buna görə də Ukraynanı qurban verdilər. Putin Ukrayna müharibəsini siyasi cəhətdən uddu. Hindistan bölgəyə girmək istəyir, amma bunun üçün nə siyasi gücü, nə də iradəsi var. ABŞ hindistanlıları Britaniya, Beynəlxalq Valyuta Fondu, “Microsoft” və digər beynəlxalq qurumlarda yerləşdirib, vaxtilə çinliləri yerləşdirmişdi. Çin də gücləndikdən sonra ABŞ-ni saymır. Hindistan da həmin addımı atacaq”.

BİA.az
скачать dle 12.1