Bia.Az

ABŞ Nikolu əvəz edəcək şəxsi tapıb, Rusiya isə…

Siyasət
 22-12-2023, 22:35     220

Kreml Ermənistanda Nikol Paşinyanın yerinə namizəd də tapa bilmir. Robert Köçəryan və Serj Sərkisyan artıq bu rola yaramırlar, ermənilər arasında nüfuzları qalmayıb, o biri müxalifət təmsilçilərinin də cəmiyyətdə dəstəyi yoxdur.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, ABŞ və AB Paşinyanın simasında tərəfdaş qazansa da, Vaşinqton və Brüssel də Ermənistanda vəziyyətin gərginləşəcəyi halında alternativ barədə düşünmək məcburiyyətindədir:

“Yəni Vaşinqton və Brüssel Paşinyanın bu və ya digər səbəbdən hakimiyyətdən uzaqlaşacağı və ya uzaqlaşdırılacağı halda ona əvəz tapmalıdır. Bu elə bir siyasətçi olmalıdır ki, Paşinyan kimi 1) Qərblə tərəfdaşlığı davam etdirsin; 2) Rusiyadan məsafə saxlasın.

Fikrimcə, Nikol Paşinyana gələcəkdə alternativ ola biləcək siyasətçi parlamentin hazırki sədri Alen Simonyandır. O, həm Qərblə sıx tərəfdaşlığı dəstəkləyir, həm də Rusiyanın qatı tənqidçilərindədir”скачать dle 12.1