Bia.Az

Ermənistan parlamenti Azərbaycan əleyhinə olan qanundan imtina etdi

Siyasət
 17-12-2023, 00:56     425

Ermənistan parlamenti Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasına görə cinayət məsuliyyətinin müəyyən edilməsi haqqında qanun layihəsini plenar iclasın gündəliyinə daxil etməyib.

Mülki Müqavilə fraksiyasının 57 deputatı qərarın əleyhinə, 26 müxalifətçi deputat isə sənədin lehinə səs verib.

Ceyhun Bayramov Lavrovla görüşüb

Bundan əvvəl Dövlət Hüquq Məsələləri Komissiyası da Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasının qadağan edilməsi ilə bağlı qanunvericilik təşəbbüsünü rədd edib və bildirilib ki, layihə plenar iclasda müzakirə oluna bilməz.//AzVision.azскачать dle 12.1