Bia.Az

Gürcüstan 3 Azərbaycan vətəndaşını deportasiya edib

Siyasət
 20-07-2020, 12:51     342

Bu ilin II rübündə Gürcüstandan 1 Azərbaycan vətəndaşı deportasiya olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin hesabatında bildirilib.

Aprel-iyun ayları ərzində qonşu ölkədən çıxarılan Azərbaycan vətəndaşı 18 yaşında gənc qadın olub.

Hesabat dövründə Gürcüstan ərazisindən, ümumilikdə, 7 xarici ölkə vətəndaşı çıxarılıb.

Qeyd edək ki, bu ilin I rübündə Gürcüstandan iki Azərbaycan vətəndaşı deportasiyası edilib.


BİA.azскачать dle 12.1