Bia.Az

İlqar Məmmədov prezident seçkilərində namizəd olacaq? – Özü açıqladı

Siyasət
 8-12-2023, 16:06     491

“Siyasi Komitə prezident seçkisində partiyamızın namizədinin olub-olmayacağına qərar verəcək”.

Bunu REAL partiyasının sədri İlqar Məmmədov deyib. O qeyd edib ki, istənilən halda, bütün seçiciləri səsverməyə qatılmağa çağıracaqlar:
“REAL üçün ən önəmli hədəf parlamentdə institusional təmsilçilik qazanmaqdır. Bununla bərabər, son anda əsas planımıza dəyişiklik etməyə məcbur ola bilərik. Çünki prezident seçkisinin təqvimi dəyişdi”.

İ.Məmmədov bildirib ki, partiyanın Siyasi Komitəsi sabahkı iclasında yeni yaranan ikinci hədəfin birinciyə uyğunlaşdırılması yollarını arayacaq:
“Əsas sual budur: Prezident seçkisi bizim üçün hazırlaşdığımız parlament seçkisi qədər önəm daşımalıdırmı? Suala müsbət cavab versək, öz namizədimiz olacaq. Cavab mənfi olsa, başqa namizədə səs verəcəksiniz”/Sfera.azскачать dle 12.1