Bia.Az

Borrell razılaşmanı alqışladı: Mühüm siyasi addımdır!

Siyasət
 8-12-2023, 01:35     372

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş razılığı alqışlayıb, bunu “mühüm siyasi addım” adlandırıb.

Axar.az xəbər verir ki, bu barədə AB-nin baş diplomatı sosial şəbəkədə yazıb.

“AB Ermənistan və Azərbaycanın saxlanılanların qarşılıqlı azadlığa buraxılması və digər etimad tədbirlərinin elan edilməsi ilə bağlı birgə açıqlamasını alqışlayır – bu, mühüm siyasi addımdır. Regionda sülh üçün tarixi şansın olması barədə həmfikirik və bu səyləri dəstəkləməkdə qərarlıyıq”, – o qeyd edibскачать dle 12.1