Bia.Az

Paşinyandan göstəriş: Azərbaycanlılar qayıdacaq

Siyasət
 30-11-2023, 16:01     412

Ermənistan rəhbərliyi azərbaycanlıların ölkəyə qayıtmalarına hazırlaşır.

Musavat.com Teleqraf.com-a istinadən xəbər verir ki, bunu erməni politoloq Tatevik Ayrapetyan deyib.

"Nikol Paşinyanın göstərişi ilə komanda yoldaşları artıq Qərbi Azərbaycan konsepsiyasının təqdimatına keçiblər. Qulağımıza pıçıldamağa başlayıblar ki, nə vaxtsa azərbaycanlılar qayıdacaqlar, bu normaldır", - ekspert bildirib.

Ayrapetyanın iddiasına görə, Ermənistan rəhbərliyinin bu siyasəti onun gözlədiyindən də sürətlə həyata keçirilir.скачать dle 12.1