Bia.Az

Paşinyan: Azərbaycan sülh müqaviləsini təsdiqləməyib

Siyasət
 24-11-2023, 16:48     288

Azərbaycan hələ də İrəvanın təklif etdiyi prinsiplər əsasında sülh müqaviləsi imzalamağa hazır olduğunu təsdiqləməyib.

Yenipress.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan canlı yayımda vətəndaşların suallarını cavablandırarkən deyib.

“Azərbaycanın son nəticədə Ermənistanla üç prinsip əsasında sülh müqaviləsi imzalamağa hazır olduğunu təsdiq edib-etmədiyi hələ aydın deyil”, - o bildirib.

Onun sözlərinə görə, noyabrın 30-da delimitasiya komissiyalarının nümayəndələrinin iclasından sonra müəyyən nəticələr çıxarılacaq.скачать dle 12.1