Bia.Az

Qərbin bizə qərəzi o qədər eybəcərdir ki… - Natiq Cəfərli

Siyasət
 23-11-2023, 15:17     273

Qərbin Azərbaycanla bağlı buraxdığı səhvlər, qərəz o qədər eybəcərdir ki, adam iyrənir – dəfələrlə özlərinə də demişik, davranışları, ritorikaları, ölkəmizə qərəzli və beynəlxalq hüquqdan kənar münasibətləri məmləkətdə sözün əsl və sivilizasion mənasında qərbyönümlü siyasi-ictimai təşkilat və çevrələrin dilini qısaldır, sözlərinin kəsərini, cəlbedici olmalarını azaldır, cəmiyyətimizi sürətlə antiqərb mövqeyi almağa sövq edir. Bunu anlamadan edirlərsə pisdir, bilə-bilə edirlərsə çox pisdir – zatən son 20-25 ildə post-sovet məkanında o qədər səhv ediblər ki, bunu bilgisizliyə bağlamaq artıq çətin olur, deməli, qəsdən edirlər, bu bölgəni özləri ilə Rusiya arasında bufer zona kimi görürlər, amma qeyri-sabit zona kimi olmasını istəyirlər ki, eksperimentlər aparsınlar, çünki qeyri-sabit zonalar hibrid və proksi qarşıdurmalar üçün imkanlar, fürsətlər yaradır.

Axar.az xəbər verir ki, bu sözləri ReAL İH üzvü Natiq Cəfərli qeyd edib.

O bildirib ki, bu, çox təhlükəli siyasətdir, bumeranq kimi özlərinə qayıdır:

“İllərdir xəbərdarlıq edirdik ki, apardıqları bu siyasət aşırı sağ/millətçi, populist dalğaya çevrilib özlərini vuracaq, artıq bu baş verir, seçkilərdə aşırı radikal siyasətçilər qalıb gəlir, bundan sonra belə faktlar daha da çox artacaq, günün birində ayılacaqlar ki, Avropanın ortasında yeni bir “fürer” yaranıb, zatən apardıqları siyasət Rusiyada bir “monstr” yaratdı və dünyanı təhdid edən vəziyyət yarandı, indi öz içlərində də belə “monstrlar” yaranıb, yuxarı başa keçir...”
скачать dle 12.1