Bia.Az

Tanınmış idmançı və Qarabağ qazisindən əsgərlərimizə dəstək - Video

Siyasət
 13-07-2020, 14:28     340

Tanınmış fitnes məşqçisi Kamil Zeynallı Qarabağ qazisi Kamil Musəvi ilə birgə dünən ermənilərin təxribat törətdiyi Tovuz rayonunun Ağdam kəndinə yollanıblar.

Yenisabah.az xəbər verir ki, idmançı insanları təmkinli olmağa çağırıb: "Biz evdə rahat otura bilmədik. Bizim kimi milyonlarla insanın da ürəyi bu kənddədir. Hamı dəstək üçün, kömək üçün yazır. Amma ehtiyac yoxdur, Maşallah olsun, ordumuz güclüdür. Müharibə şəraitində yaşayan ölkəyik, şəhid də verə bilərik, qazimiz də ola bilər, əsas odur ruh düşkünlüyü olmasın. Şükürlər olsun ki, hazırda vəziyyət yaxşıdır, gecə bomba səsləri gəlirdi, ama səhərdən sakitləşib. Gecə bir neçə dostumuzla bu kəndə gəldik, yollar qorxulu idi deyə işıqları söndürüb, ara yollarla gəldik. Gecə bəziləri ayağa qalxdı ki, gedək torpaqlarımızı alaq. Mən xahiş edirəm, gəlin, qalmaqal yaratmayaq".

Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, iyulun 13-nə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən atışmalarda Azərbaycanın bir neçə hərbçisi şəhid olub.


BİA.az


[media=https://ok.ru/video/1778618468970?fromTime=16]скачать dle 12.1