Bia.Az

Fazil Mustafadan hökumətə müraciət

Siyasət
 14-11-2023, 01:31     357

Deputat Fazil Mustafa büdcə müzakirələrində vacib məsələlərdən danışdı. Bildirdi ki, rayonlarda işsizlik kifayət qədər yüksək səviyyədədir.

F.Mustafanın sözlərinə görə, məşğulluq sistemi işsizliyin yükünü götürə bilmir.

Deputat dedi ki, gələn il bələdiyyə seçkiləri keçiriləcək: “İqtisadiyyatımızın dirçəlməsi üçün çıxış yollarından biri dövlətin yükünün bələdiyyələrə dövr edilməsidir. Nəhayət, 2024-cü ildə bələdiyyəni canlı bir quruma çevirməliyik. Bələdiyyə ölü vəziyyətdə olanda, onun sənədləri tanınmayanda və onun iqtisadi proseslərə qoşula bilməməsi yerli xidmətlərdə böyük sıxıntılar yaradır".

F.Mustafa bildirdi ki, bölgələrə qayıdış məsələsi vacib olmalıdır: “Gələn ilin dövlət büdəsindən gənclər evinin saxlanılmasına vəsait ayrılsa da, içərisini doldura bilmədiyimiz bir çox obyektlər var. Ya onların təyinatı dəyişdirilməli, ya da hər hansı mədəni infrastruktur kimi bölgələrdə işlək vəziyyətə gəlməsini təmin etməliyik. Bundan başqa, idman obyektlərinin təmiri və başqa məsələlərlə bağıl vəsait artırılmalıdır. Misal olaraq, Bakıda çox sayda futbol meydançalarının dam örtüyü yoxdur. Paytaxtın iqliminə görə əksəriyyəti tam sıradan çıxır. Ölkədə son vaxtlar basketbol inkişaf etsə də, meydança tapmaq mümkün deyil. Məktəblərin həyətində bu tip meydançaların məcburi salınması məsələsini həll etmək lazımdır”.

F.Mustafa Naxçıvan əhalisinin blokadada yaşamasını nəzərə alıb, bu bölgə ilə bağlı vacib addımlar atmağa çağırdı./Musavat.comскачать dle 12.1