Bia.Az

Zəngəzur Bakıdan ÇOXMU UZAQDIR? – Ekspert danışır…

Siyasət
 11-11-2023, 10:46     484

Rusiya Ermənistan və Azərbaycan XİN başçılarının Moskvada görüşünü təşkil etməyə hazırdır. Lakin hələlik dəqiq tarix yoxdur.Bu sözləri jurnalistlərə açıqlamasında Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“Biz dəfələrlə ikitərəfli münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması məsələləri üzrə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri səviyyəsində gələcək dialoq üçün Moskva platforması təqdim etməyə hazır olduğumuzu təsdiq etmişik. Bizim bu hazırlığımız dəyişməzdir. Biz bu barədə razılığa gəldiyimiz zaman tədbirin haqda məlumat verəcəyik”, – Qaluzin bildirib.
Mixail Qaluzinin fikirlərinə münasibət bildirən tanınmış jurnalist, siyasi -şərhçi Fuad Abbasov “Sherg.az”a açıqlamasında bildirib ki, Rusiya uzun illər Serj Sarkisyan və Robert Koçaryan iqtidarını istifadə edərək Azərbaycana təzyiqlər göstərib:
“Eyni zamanda Qarabağ probleminin həllini uzadırdılar. İndi isə Şimal qonşumuz Nikol Paşinyanın Amerika və Avropaya yönümlü siyasət aparmasını nəzərə alaraq Azərbaycanı dəstəkləyir. Ermənistana bu və ya digər şəkildə təsir göstərməyə çalışırlar. Əlbəttə, rəsmi Moskvanın nüfuzlu şəxsləri Rusiya platformasına hazır olduqlarını bildirən müxtəlif açıqlamalar verirlər. Amma yaddan çıxarmayaq ki, bu gün Parisdə Makron və Paşinyan görüşməsi baş tutub. Paşinyan görüşün çox müvəffəqiyyətlə keçdiyini vurğulayıb və iki ölkə arasında əlaqələrin genişlənməsi haqqında tezislər səsləndirib. Bu isə o deməkdir ki, Moskvanın ne deməyindən asılı olmayaraq, Ermənistanın inkişaf yönümünü Qərbdə görür. Moskva platformasında Paşinyana qarşı təzyiqlər olacaq. Bu isə ümumiyyətlə Zəngəzurun Azərbaycana təhvil verilməsinə qədər gedə bilər. Nikol Paşinyan bunu bilə-bilə Moskva platformunda iştirak etmək təklifini geri çevirəcək”.скачать dle 12.1