Bia.Az

Paşinyan Şahramanyanı buna İNANDIRIB - ŞOK DETALLAR

Siyasət
 24-10-2023, 11:07     294

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ separatçılarının “rəhbəri” Samvel Şahramanyanı Azərbaycanın bütün şərtləri ilə razılaşmağa inandırıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.

“Ermənistan hakimiyyəti Samvel Şahramanyanı qondarma “Artsax Respublikası”nın qəti şəkildə təslim edilməsi və ləğvi haqqında fərmanı imzalamaqda ittiham edir. Onlar ictimaiyyəti Paşinyanın bu qərarla heç bir əlaqəsi olmadığına, hətta bundan xəbərinin olmadığına inandırmağa çalışırlar. Lakin hökumət qaynaqlarından başqa təfərrüatlar da gəlir. Məlum olub ki, Nikol Paşinyan bu fərmanın mətnindən şəxsən xəbərdar olub və Şahramanyanı Azərbaycanın bütün tələbləri ilə razılaşaraq hərbi eskalasiyanı dayandırmaq üçün hər şeyi etməyə çağırıb.

Azərbaycan tərəfi separatçılara qondarma rejimin ləğvi, yəni “dövlət qurumlarının”, “ordunun” buraxılması, silahların təhvil verilməsi tələblərini çatdıranda Şahramanyan Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanla əlaqə saxlayıb və onun vasitəçiliyi ilə Paşinyanla telefon danışığı olub. Paşinyan burada onu Azərbaycanın bütün tələblərinin dərhal yerinə yetirilməsinə, müharibənin Ermənistan ərazisinə keçməsinin qarşısını almağa çağırıb”, - deyə “Hraparak” yazır.скачать dle 12.1