Bia.Az

Azərbaycanlıların tapdığı ərzaq anbarları... - Aleksanyan

Siyasət
 20-10-2023, 10:49     382

Restoran menyuları dolu olduğu halda, insanların günlərlə bir tikə çörək üçün növbələrdə necə işgəncələrə məruz qaldığını kimsə unudubsa, mən unutmamışam. Azərbaycanlıların tapdığı erməni unu, yağı, hətta uşaq yeməkləri ilə dolu ərzaq anbarlarını da görürəm. Və bu adamların hələ də cəsarəti var ki, Ermənistan hökumətindən hansısa maaş tələb etsin.

Axar.az xəbər verir ki, bunu erməni bloger Natali Aleksanyan Feysbuk səhifəsində yazıb.

“Maraqlıdır ki, qarabağlıların aclığından ən çox qışqıranlar elə həmin sakinləri ac saxlayanlar idi. Təbii ki, bu insanlar ac idilər, amma buğda əvəzinə hektarlarla çətənə əkmisən, bəs sənə daha nə lazımdır? Erməni və Azərbaycan xalqlarının çoxlu həll olunmamış problemi var. Bu problemləri dərinləşdirmək yox, həll etmək yolu ilə getmək lazımdır. Əks halda biz yeni müharibə və yeni itkilərlə üzləşəcəyik və Ermənistanın daha itirəcəyi heç nə yoxdur. Sivil dialoq Ermənistanı itkilərdən qorumağın yeganə yoludur”, - o bildirib.скачать dle 12.1