Bia.Az

ABŞ-ın Bakıya göndərmədiyi adam – Politoloq izah edir

Siyasət
 19-10-2023, 16:20     373

ABŞ-ın Azərbaycana səfir təyinatının gecikməsi tez-tez müzakirə edilir. ABŞ Dövlət Departamentinin sözçüsü bildirib ki, Mark V.Libbinin namizədliyi hazırda senatın səsverməsini gözləyir:

“Cənab Libbinin 30 illik diplomatik təcrübəsi onu ABŞ-ın Azərbaycandakı səfiri olmaq üçün kifayət qədər layiqli namizəd edir və Dövlət Departamenti onun (namizədliyinin -red.) təsdiqini gözləyir”.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Xəyal Bəşirov deyib ki, ABŞ Azərbaycana, habelə Cənubi Qafqazdakı proseslərə, regionun təhlükəsizlik məsələlərinə önəm verir:


Xəyal Bəşirov
“Azərbaycanın ABŞ-la münasibətlərinə nəzər yetirsək, müxtəlif istiqamətlərdə əməkdaşlığın olduğunu, habelə təhlükəsizlik məsələlərində fikir ayrılığının olmadığını görmək olar.

2022-ci ilin may ayından başlayaraq cənab Libbinin səfir təyin edilməsi məsələsi müzakirə edilir. Düşünürəm ki, Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra yaratdığı reallıqlar ABŞ-ın da maraqlarına cavab verir. ABŞ-ın ötən il Əfqanıstandan çıxması və Azərbaycanın sülhməramlı missiyasının bu prosesdə oynadığı rol təqdirəlayiqdir”.

Politoloq bildirib ki, Mark Libbi kifayət qədər təcrübəlidir:

“ABŞ diplomatı olaraq müxtəlif ölkələrdə təcrübə keçib. Onun Azərbaycana səfir təyin edilməsi problem deyil. Bu məsələ ABŞ tərəfindən həll edilməlidir.

Bu gün səfir təyinatı daha vacibdir. Çünki 44 günlük müharibədən sonra ciddi nailiyyətlər olub. ABŞ sülh prosesinə qoşulmaq üçün mütləq şəkildə səfir təyinatını gerçəkləşdirməlidir”.скачать dle 12.1