Bia.Az

Azərbaycan yaxın həftələrdə Ermənistanı işğal edə bilər? – Blinken bu ehtimalı istisna etməyib

Siyasət
 14-10-2023, 15:25     378

ABŞ Dövlət Departamentinin katibi Antoni Blinken Nümayəndələr Palatasının bir qrup üzvü ilə telefon danışığında Azərbaycanın yaxın həftələrdə Ermənistanı işğal edə biləcəyi ehtimalını istisna etməyib.

DİA.AZ Ovqat.com-a istinadən xəbər verir ki, məlumatı ABŞ-ın ünlü “Politico” nəşri yayıb.
Nəşrin iddiasına görə, Blinken telefon danışığında həmçinin bildirib ki, Vaşinqton heç bir halda Bakıya hərbi yardım göstərilməsini qadağan edən "Azadlığa Dəstək" Aktına 907-ci düzəlişə yenidən qayıtmağı planlaşdırmır.
ABŞ Dövlət Departamentinin rəhbərinin ötən həftə bir qrup konqresmenlərlə söhbətində bu barədə bildirdiyi iddia olunur. Dövlət katibi söhbət zamanı vurğulayıb ki, Vaşinqton Azərbaycanın Zəngəzuru işğal etmək ehtimalını diqqətlə izləyir.

Söhbətdə iştirak edən iki qaynaq Politico-ya açıqlamasında bu faktı təsdiqləyib.

Nəşr bildirib ki, Blinkenin bu çağırışı Azərbaycanın qərbindəki separatçı bölgəyə qarşı əməliyyatları və münaqişənin genişlənməsi ehtimalı ilə bağlı ABŞ administrasiyasının narahatlıq keçirdiyini göstərir.

“Azərbaycan prezidenti İlham Əliyev bundan əvvəl Ermənistanı cənub sərhədi boyunca materik Azərbaycanı Türkiyə və İranla həmsərhəd olan eksklavla birləşdirən “dəhliz” açmağa çağırıb. Əliyev məsələni “zorla” həll edəcəyi ilə hədələyib”, - Politico məlumatı şərh edərkən vurğulayıb.

İddiaya görə, oktyabrın 3-də Nümayəndələr Palatasının üzvləri ilə keçirilən telefon danışığı zamanı millət vəkilləri Blinkenə “Qarabağın işğalı” iddiası ilə Azərbaycana qarşı mümkün tədbirlər barədə təzyiq göstəriblər.

Nəşrin sorğusuna cavab verən Dövlət Departamenti bu iddianı şərh etməyib, lakin departamentin “Ermənistanın suverenliyi və ərazi bütövlüyü”nə və münaqişənin “birbaşa danışıqlar” yolu ilə həllinə sadiqliyini vurğulayıb.

Xəbərdə o da vurğulanıb ki, Prezident İlham Əliyevin xarici siyasət üzrə baş müşaviri Hikmət Hacıyev çərşənbə günü verdiyi bir müsahibəsində Azərbaycanın Ermənistan ərazisində hər hansı iddiasının olmadığını bildirib. Onun sözlərinə görə, münaqişə riski azdır, çünki “son iki həftə Ermənistan-Azərbaycan münasibətləri tarixində ən sakit həftələr olub – Qarabağdakı əməliyyatlardan sonra artıq səngərlərdə bir-birinə baxan əsgərlər yoxdur”.

Hikmət Hacıyev əlavə edib ki, Azərbaycan regionda özünün “antiterror” əməliyyatı ilə hüquqi, tarixi və mənəvi cəhətdən özünə məxsus olanı bərpa edib və de-yure erməni ərazilərinə daxil olmaq niyyətində deyil.скачать dle 12.1