Bia.Az

İsrailin baş naziri bu şəxs ola bilər - SENSASİON İDDİA

Siyasət
 11-10-2023, 17:00     304

“Yaxın Şərqdəki münaqişə hətta İsrailin qələbəsi ilə də həll olunmayacaq. Yaxın Şərqdə terror təhlükəsi və anti-İsrail şüarları altında hərbiləşdirilmiş qrupların fəaliyyət amili həmişə mövcud olacaq. Bu münaqişə uzun müddət davam edəcək. Amma hərbi baxımdan bir müddət sonra İsrail Qəzza zolağına nəzarəti ələ keçirəcək. Əsas məsələ bundan sonrası ilə bağlıdır”.

Musavat.com xəbər verir ki, bunu “Milli Müdafiə” jurnalının baş redaktoru, rusiyalı jurnalist və hərbi ekspert İqor Korotçenko deyib.

“Fələstinlə müharibədən sonra İsrailin baş nazirini kim əvəz edə bilər?” sualına Korotçenko belə cavab verib:

“İsrailin Cənubi Livandakı hərbi mövcudluğunu xatırlatmaq yerinə düşər. Orada İsrailin marionet hökuməti quruldu, amma nəticədə İsrail oradan getdi. Hazırda İsrailin baş naziri Netanyahunun əleyhdarlarından biri İsrail qrupunun Cənubi Livandakı keçmiş komandiri Benni Qantsdır. Müharibədən sonra baş verəcək təbii siyasi təlatümlər nəticəsində Benni Qantsın böyük siyasi gələcəyi ola biləcəyini istisna etmirəm. Düşünürəm ki, son nəticədə o, İsrailin baş naziri postuna namizəd olacaq”.

İqor Korotçenko vurğulayıb ki, Benni Qantsın real döyüş əməliyyatlarında təcrübəsi var: “İsrail həmişə müharibə şəraitində olan ölkədir, ona görə də istefada olan generalların orada siyasi karyera üçün əla şansları var”.скачать dle 12.1