Bia.Az

Azərbaycan qarşı çıxan qüvvələri kim idarə edir? - Seyidov ilginc faktları açıqladı

Siyasət
 8-10-2023, 01:54     594

Bu gün Azərbaycana qarşı kampaniyanı təşkil edənlər, bunun ətrafında çıxış edənlər II Qarabağ müharibəsində Ermənistan tərəfindən bombalanan Gəncə, Bərdə, Xocalı soyqırımı, 1 milyon azərbaycanlı qaçqın haqqında danışmaq belə istmərlər. I Qarabağ müharibəsində Ermənistan tərəfindən işğal edilən 20 faiz Azərbaycan əraziləri, 30 ilə yaxın burada dağıdılan, məhv edilən tarixi, mədəni abidələr infrastruktur barəsində bir kəlmə söz demirlər. Bu gün isə onlar ağız dolusu “insan haqlarından” və digər məsələlərdən böyük həvəslə danışırlar.

Bu Teleqraf.com-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.

O qeyd edib ki, bu, ikili standartların bariz nümunəsidir: “Bu heç də gücdən və ədalətdən irəli gələn məsələ deyil. Təəssüflər olsun ki, onlar dünyanı ədalətsiz üsullarla idarə edirdilər. Azərbaycana qarşı elan edilməmiş müharibə ədalətsizliyin göstəricisidir. Çünki bu qüvvələrin əlində ədalətsiz üslüblar, “silahlar” həmişə olub. Azərbaycan müstəqillik qazandıqdan sonra bu bölgədə nələr baş verdiyini həmin qüvvələrə çatdırıb. Sadəcə olaraq onlar bunu eşitmək istəməyiblər”.

Millət vəkilinə görə, indi isə onların bütün reallıqları görmək, eşitmək imkanları var: “Sadəcə olaraq onların əlində Azərbaycanı idarə etmək imkanları yoxdur. Bunun üçün də ədalətsiz yanaşmalar sərgiləyirlər. Azərbaycan xalqına illərlə zülm etmiş cinayətkarlara belə münasibət bəsləyirlərsə, onlar heç vaxt ədalətli olmayacaqlar”.

Səməd Seyidov hesab edir ki, Azərbaycana qarşı bu cür davranışla həmin qüvvələr və qurumlar özlərinə problem yaradırlar: “Faktiki olaraq beynəlxalq qanuna ziddi hərəkətlər edirlər. BMT bu gün Qarabağda apardığı monitorinqin nəticəsini açıqlayır və bütün həqiqətləri ortaya qoyur. Amma yenə də həmin qüvvələr BMT-ni belə qeyri-reallıqda ittiham edir. ABŞ Dövlət Departamenti bellə onlara “etnik təmizləmə” və “zorakılıqla” bağlı heç bir sübutlarının olmadığın açıqlayır. Dərhal da həmin qrupar Dövlət Departamentinin mövqeyini yalana çıxartmağa çalışırlar. Qərbdə, Şərqdə kim Azərbaycana dəstək verirsə, dərhal onların təzyiqi ilə üz-üzə qalır”.скачать dle 12.1