Bia.Az

İranlı deputatdan Azərbaycanı hədələyən sərsəm açıqlamalar - ZİBİLƏ DÜŞMÜŞÜK...

Siyasət
 18-09-2023, 12:26     310

İran parlamentinin Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Şəhriyar Heydəri sərsəm fikirlər səsləndirib. O, Ermənistanla sərhədi qorumağı qırmızı xətt adlandıraraq Azərbaycanı hədələyib.

"Azərbaycan problemlərini diplomatiya yolu ilə həll etsin", - Heydəri qeyd edib.

Deputat deyib ki, "Bölgənin geosiyasətində baş verən dəyişiklik İranın qırmızı xətlərindən biridir. Biz keçmişdə çox yaxşı münasibətlərimiz olan qonşu Ermənistanla ümumi sərhədlərimizdə hər hansı dəyişikliyi qəbul etmirik.

Hazırda Ermənistanla 47 kilometr ümumi sərhədimiz var və bu məsələ İran üçün çox vacibdir. Çünki bizim Ermənistan vasitəsilə Avropaya çıxışımız var".

O həmçinin vurğulayıb ki, Ermənistanın ərazi bütövlüyünə hörmət edilməsi də İranın qırmızı xəttinin bir hissəsidir: "Bizim üçün aydın məsələdir ki, bu ölkə sabit və təhlükəsiz olmalıdır. Lakin təəssüf ki, Azərbaycan "sionist rejim", Türkiyə və Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq edərək bölgənin coğrafiyasını dəyişməyə çalışır. Azərbaycan öz qərarlarına yenidən baxmalıdır. Onların regionun təhlükəsizlik atmosferində gərginliyə səbəb olacaq addımlar atmaması daha yaxşıdır. Bu, İran üçün mütləq həssas məsələdir və bir daha deyirəm ki, bizim qırmızı xəttimizdir. Biz ölkəmizin şimalında sərhədlərin hər hansı formada dəyişdirilməsinə imkan verməyəcəyik.

Ən yaxşı yol diplomatiya yoludur, əgər Azərbaycan "sionist rejim" və ABŞ-ın İran sərhədləri yaxınlığında mövcudluğu istiqamətində hərəkət edərsə, İran mütləq reaksiya verəcək".
AzVision.az
скачать dle 12.1