Bia.Az

Ermənistan ağır texnikanı sərhədə yığdı

Siyasət
 1-09-2023, 15:46     279

Erməni tərəfi genişmiqyaslı təxribat törətməyə davam edir. 
 
BİA.az “Caliber”ə istinadla xəbər verir ki, Azərbaycan SQ-nin şəxsi heyətinə və hərbi texnikasına ciddi itkilər vermək üçün Ermənistan tərəfi ağır zirehli texnikaları, hücum PUA-ları və döyüşə hazır ən bacarıqlı qüvvələrini şərti sərhəddə cəmləşdirib.
Bu təxribatı dayandırmaq və düşmənin planlarının qarşısını almaq üçün Azərbaycan ordusu lazım olan bütün tədbirləri görməlidir və görəcəkdir.
Ermənistanın daxili və xarici siyasət məqsədlərinə çatmaq üçün müharibə etmək cəhdi erməni xalqına baha başa gələcək. Hazırda üç yaralımız var.
KİV-in məlumatına görə, bu dəqiqələrdə Ermənistan ordusu ağır artilleriya qurğularının köməyi ilə Azərbaycan Silahlı Qüvvələrinin şərti sərhəddinin Kəlbəcər istiqamətində yerləşən mövqelərini intensiv atəşə tutur.скачать dle 12.1