Bia.Az

“Ermənistan Azərbaycan Ordusu qarşısında duruş gətirə bilməyəcək”- Asif Nərimanlı

Siyasət
 1-09-2023, 15:23     256

“Fransa və Ermənistan hadisələri BMT Təhlükəsizlik Şurasında gündəmə gətirəcək. Sərhəddə baş verənlərin əsas hədəfi budur”.

Musavat.com xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı bildirib.

O qeyd edib ki, BMT TŞ-nin son iclasında istəyinə nail ola bilməyən Ermənistanın sərhəddə eskalasiya yaradacağı gözləntiləri var idi:

“Çünki Qarabağ Azərbaycan ərazisi olduğu üçün Bakıya buna görə təzyiq edilməyəcəyini anlayırlar. Lakin sərhəd toqquşmaları ilə buna nail ola biləcəklərini hesab edirlər. 44 günlük müharibədən sonrakı təcrübə də bunu təsdiqləyir: Bakıya təzyiq adətən sərhəd toqquşmalarında edilib, xüsusilə ötən ilin sentyabr döyüşlərində bunun şahidi olduq”.

Ekspert əlavə edib ki, indi yenidən sentyabr ssenarisi işə salınır: “Və bu ssenaridə müxtəlif ölkələrin maraqları olmaqla yanaşı, əsas idarəedici kimi Fransa görünür. Azərbaycanı “hücum edən tərəf” kimi göstərməyə və Bakıya bu məsələ üzərindən təzyiq etməyə cəhd edəcəklər; Laçın yolu, ümumilikdə Qarabağla bağlı iddiaları “sərhəd toqquşması” fonunda gündəmə gətirəcəklər; Bununla danışıqlar masasındakı mövcud gündəliyi də arxa plana keçirmək istəyirlər: vasitəçiliyi qəbul olunmayan Fransa bu məsələdə xüsusilə maraqlı tərəfdir; Ermənistan Azərbaycan Ordusu qarşısında duruş gətirə bilməyəcək, lakin əsas hədəfləri itkilər hesabına olsa belə, siyasi məqsədlərinə nail olmaqdır”.скачать dle 12.1