Bia.Az

Bu ölkədə prezident koronavirusa görə aclıq olacağını elan etdi

Siyasət
 29-04-2020, 14:00     314

Bu ölkədə prezident koronavirusa görə aclıq olacağını elan etdi“Haitidə koronavirusun səbəb olduğu böhranı aradan qaldırmaq üçün addımlar atılmasa, ölkəni aclıq gözləyir”.

“Haiti Libre” qəzetinin məlumatına görə, bunu ölkənin Prezidenti Jovenel Mois deyib.

“Aydındır ki, aclıq olacaq. Artıq işsizlərimiz çoxdur. Bütün dünya tənəzzülə uğrayır. Bütün ölkələr biznesi yenidən kapitallaşdırmağa çalışacaqlar. Bu gün koronavirusun yayılmasından sonrakı vəziyyətə hazırlaşmaq üçün tədbirlər görməyə başlamasaq, bir çox problemimiz olacaq”, - deyə Mois qeyd edib.
Dünya Bankının verdiyi məlumata görə, Haiti Qərb yarımkürəsindəki ən kasıb ölkədir. Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) daha əvvəl verdiyi hesabatda Haitinin 2019-cu ildə ən pis ərzaq böhranlarından birini yaşadığını bildirib. Mütəxəssislərin fikrincə, böhran Haitidə təxminən 3,7 milyon insana və ya ölkə əhalisinin 35 faizinə təsir edib.

Əhaliyə yardım olaraq prezident haitililərə 3000 qurd (təxminən 52 AZN) ödəməyi vəd edib. Ölkənin dörd bölgəsinin sakinləri bu həftənin əvvəlində ödəniş alacaqlar. Yerli hakimiyyət orqanları ölkənin bir neçə bölgəsində torpaq şumlamağa başlayıb. Ölkə başçısı yeni ərazilərdə torpağın şumlanmağa başlanmasının zəruriliyini ifadə edib və Kənd Təsərrüfatı Nazirliyinin fermerləri toxumla təmin edəcəyini açıqlayıb.

Qeyd edək ki, Haitidə 76 nəfərdə koronavirus aşkar edilib.скачать dle 12.1