Bia.Az

Paşinyan “Müstəqillik Bəyənnaməsi”ni dəyişdirməyi təklif edib

Siyasət
 23-08-2023, 13:14     230

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün ölkəsinin 33 il əvvəl qəbul etdiyi “Müstəqillik Bəyənnaməsi”nin ildönümü ilə bağlı çıxışı qalmaqla səbəb olub. JAMAZ.İNFO xəbər verir ki, baş nazir təbrik məktubunda sənədlə bağlı mənfi fikirlər səsləndirib.

O bildirib ki, sənəd 1988-ci ildən başlayaraq Sovet İttifaqında hökm sürən iqtisadi, siyasi və ideoloji böhran şəraitində Qarabağ hərəkatının zirvəsində qəbul edilib. “2020-ci il müharibəsindən əvvəl və xüsusən də müharibədən sonra Bəyannamənin mətnini dəfələrlə oxudum. Etiraf edim ki, mənim müharibədən sonrakı mütaliələrim müharibədən əvvəlki oxunuşlardan bir qədər fərqlənirdi”.
Paşinyan qeyd edib ki, bəyannamənin mətninin ekspertiza təhlili heç də onun mükəmməl olmasından xəbər vermir. “Təhlillər göstərir ki, biz nəhayət belə bir çıxış və məzmun seçmişik ki, bu da bizi Sovet İttifaqının bir hissəsi edən qətnaməyə əsaslanır. Söhbət bizi qonşularımızla daim münaqişədə saxlayan regional mühitlə qarşıdurmadan gedir. İstiqlal Bəyannaməsi ilə Sovet İttifaqından çıxmağın yolunu elan etdik, lakin Sovet İttifaqından çıxmaq üçün də bütün yollarımızı bağladıq. Çünki sənəddə qeyd edilənlər  20-ci əsrin sonunda qəbul edilmiş İstiqlal Bəyannaməsi 21-ci əsrdə bizim müstəqilliyimizi itirməyə aparır”.
Ermənistanın baş naziri vurğulayıb ki, hazırda onlar bilmirlər ki, digər yollar necə olacaqı. “Bu bizi nəyə aparacaq, necə olacaq, indidən deyə bilmərik. Amma artıq keçilmiş yolu təhlil edib anlamaq bizim tarixi borcumuzdur. 2018-ci ildə Ermənistanın baş naziri vəzifəsinə gəlməzdən əvvəl və ondan sonra mən Ermənistanın Müstəqillik Bəyannaməsinə “İncil mesajı” kimi yanaşırdım. Halbuki Bəyannamə nə qədər fundamental sənəd olsa da, dərin araşdırmaya ehtiyac duyurdu. Çünki siyasi sənəddir”.
Paşinyan daha sonra bəyan edib ki, onun rəhbəri olduğu hökumətin qəbul etdiyi sülh gündəliyi müstəqillik gündəliyidir. “Çünki sülh olsa, müstəqilliyimiz də olacaq. Nə qədər ki, bizdə əmin-amanlıq yoxdur, SSRİ-nin ruhu bizim səmamızda, rayonumuzun səmasında uçacaq. Mən müstəqilliyi, suverenliyi, demokratiyanı seçirəm. Ermənistan Respublikasının vətəndaşı müstəqilliyi, suverenliyi, demokratiyanı seçir”.
Qeyd edək ki, Nikol Paşinyanın bu çıxışı Ermənistan siyasətçiləri tərəfindən hay-küylə qarşılanıb. Onlar baş nazirin açıqlamasını “İstiqlal Bəyənnaməsi”ni dəyişdirmək cəhdi kimi qiymətləndiriblər. Erməni siyasətçilər onu da iddia edirlər ki, guya, Paşinyan bunu Azərbaycanın təzyiqi nəticəsində edir.
P.S. Ermənistanın “İstiqlal Bəyənnaməsi”nə var? Bildirək ki, həmin sənəd 1988-ci ildən başlayan Qarabağ hadisələri fonunda hazırlanıb. Orada Azərbaycana torpaq iddiasından tutmuş, Qarabağdakı separatizmə dəstəyə qədər hər şey var. Hətta həmin sənəddə Qarabağaın “müstəqil” olması da qeyd edilib. İndiki şəraitdə Paşinyan haqsız deyil. Çünki Qarabağ Azərbaycan ərazisidir, bunu İrəvan da təsdiqləyir. Üstəlik, müharibə bitib və Azərbaycan bütün torpaqlarını işğaldan azad edib. Həmçinin həmin sənəddə Azərbaycana torpaq iddiası var ki, bu da qəbuledilməzdir. Əgər Ermənistan Azərbaycanla sülh sazişi bağlayırsa, əsas sənədindən bununla bağlı iddiaları çıxarmalıdır. Əks təqdirdə, bağlanacaq sazişin heç bir əhəmiyyəti olmayacaq. Üstəlik, Azərbaycan da haqlı olaraq Ermənistandan tarixi torpaqlarını tələb edəcək. Bu da tərəflər arasında problem, müharibə deməkdir.
O səbəbdən də Paşinyanın “İstiqlal Bəyənnaməsi”ni dəyişdirmək təşəbbüsü ilə çıxış etməsi ağıllı addımdır.скачать dle 12.1