Bia.Az

Paşinyan "Azərbaycana atəş açın" əmri verdi...

Siyasət
 18-08-2023, 15:27     259

Ermənistan dünən gecə Qafan aeroportu istiqamətində atışmanın olduğunu iddia edir, hətta bir qədər də irəli gedərək, Azərbaycan hərbçilərinin aeroporta yaxınlaşdığı və atəş açdığını uydururlar. Rəsmi İrəvanın kütləvi dezinformasiya kampaniyası fonunda bu iddia o qədər də təəccüblü deyil. Lakin əsas diqqət çəkən məqam iddianın erməni baş nazir Nikol Paşinyanın Qafan aeroportuna gəlişindən dərhal sonra irəli sürülməsidir.

BMT Təhlükəsizlik Şurasında istədiyi nəticəni əldə edə bilməyən Ermənistanın sərhəd boyunca təxribatlar törədərək, eskalasiyanı qızışdıracağı gözləntisi var. Çünki Qarabağ Azərbaycan ərazisi kimi tanındığı üçün bu məsələdə Bakıya qarşı təzyiq cəhdləri baş tutmur, lakin Ermənistana və havadarları sərhəddə baş verə biləcək esakalasiyaya Azərbaycanı “hücum edən tərəf” kimi göstərmək və beynəlxalq təzyiqə nail olmaq imkanı olaraq baxırlar. Ermənistan kəşfiyyat-diversiya qrupunun Azərbaycan ərazisinə sızmaq cəhdi, son günlər sərhədin müxtəlif istiqamətlərində atəşkəsi pozmaları da buna hesablanıb.

Qafan aeroportuna atəşin açılması iddiası da bu planın tərkib hissəsidir və bunu məhz Paşinyanın bu hava limanına enməsindən sonra tirajlamaqla beynəlxalq diqqəti cəlb etməyə çalışırlar.

Bu iddia fonunda aydın olur ki, Paşinyanın Zəngəzura səfəri əslində sərhəddə yeni təxribatlara start verilməsi məqsədi daşıyır.скачать dle 12.1