Bia.Az

"Separatçıların, cinayətkarların təhlükəsiz şəraitdə Ermənistana gedib-gəlməsini arzulayırlar" - AKTUAL

Siyasət
 12-08-2023, 19:47     275

18 gündür Laçın sərhəd-buraxılış məntəqəsindən keçmək üçün gözləyən TIR-lara yeniləri də qoşulub. Separatçıların nümayəndəsi Vardan Sarkisyan yük maşınlarının ümumi sayının 22-yə çatdığını bildirib. O, İrəvandan yola çıxan sonuncu yük maşınının Fransanın bir sıra bölgələrindən toplanan 20 ton ərzaq məhsulu daşıdığını deyib. Qeyd edək ki, ilk olaraq İrəvandan Xankəndiyə 19 TIR göndərilmiş, sonra isə daha 2 TIR Azərbaycanla sərhəddə gəlmişdi. Rəsmi Bakı TIR-ların Azərbaycanla razılaşdırılmadan Laçın yolu vasitəsilə Qarabağa keçməsinin yolverilməz olduğunu bəyan edib və yük maşınlarının irəliləməsinə imkan verməyib. Azərbaycan tərəfi humanitar məqsədli yardımlar üçün alternativ - Ağdam-Xankəndi yolunu təklif edib.
DİA.AZ-ın məlumatına görə, hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycan doğru addım ataraq TIR-ların icazəsiz keçidinə icazə verməyib. Ekspert bundan sonra da hansısa icazənin olacağını düşünmür:

"Ermənistanın TIR şousu üç həftədir davam edir. Qarabağda heç bir humanitar fəlakət, hansısa böhran yoxdur. Həqiqətən problem olsaydı, əmin olun, daha genişmiqyaslı hay-küy salardılar. Bu təxribatların məqsədi Azərbaycana təzyiq göstərməklə Laçın yolunu açmaq, nəzarət-buraxılış məntəqəsini ləğv etməkdir. Laçın yolundan öz çirkin məqsədləri üçün əvvəlki kimi sərbəst istifadə etmək, silah-sursat daşımaq istəyirlər. Separatçıların, cinayətkarların təhlükəsiz şəraitdə Ermənistana gedib-gəlməsini arzulayırlar. Ermənistanla yanaşı Rusiya və Fransa da bu işin içindədir. Real vəziyyəti təhrif edərək qeyri-obyektiv bəyanatlar verən beynəlxalq təşkilatlar da prosesin dəstəkçisidir. Azərbaycan öz qətiyyətli iradəsini davam etdirməli, separatçıların təxribatçı hərəkətlərinə imkan verilməməlidir. Heç nədən çəkinməli deyilik. Söhbət suveren ərazilərimizdən gedir. Kimsə narahatdırsa, gəlib mövcud vəziyyətlə yerində tanış olsun. Separatçılar hoqqabazlıqla məşğuldur. Onlar kimdir ki, Azərbaycan dövləti qarşısında şərt qoyurlar? Şərtləri ancaq qaliblər diktə edir".


Üzeyir Cəfərov vurğulayıb ki, erməni lobbisi ciddi fəaliyyətə keçib: "Bütün günü Azərbaycan əleyhinə yalan xəbərlər yayır, ölkəmizə qarşı təbliğat aparırlar. Bizim diplomatlar, diaspora da aktiv olmalıdır, erməni tərəfinin dezinformasiya maşınının qarşısı alınmalıdır. ABŞ dövlət katibi E.Blinken Azərbaycan Prezidentinə zəng edərək real proseslərlə bağlı məlumat aldı. Dövlət başçısı səfirləri qəbul edərkən, xarici ölkə nümayəndələri ilə görüşlərində, bəyanatlarında Cənubi Qafqazdakı vəziyyəti olduğu kimi diqqətə çatdırıb. Əlbəttə, bu işlə sadəcə dövlət başçısı, XİN rəhbəri, yaxud Prezidentin köməkçisi məşğul olmamalıdır. Qeyri Hökumət Təşkilatlarımız, Milli Məclis də fəallıq göstərməlidir".
скачать dle 12.1