Bia.Az

Rasim Balayev Prezident İlham Əliyevə: “Əsl Babək Sizsiniz!”

Siyasət
 9-08-2023, 00:20     318

“Əsl Babək Sizsiniz, biz onun obrazını oynayırıq”.

“Report”un xəbərinə görə, bunu Xalq artisti Rasim Balayev avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə səmimi söhbətində deyib.

“Dediyim odur ki, mən Sizin apardığınız bütün siyasəti – daxili və xarici siyasəti dəstəkləyirəm. Möhtəşəm Qələbə də Sizin adınızla bağlıdır. Mən xalqın arasında oluram, bütün təbəqələrlə görüşürəm, Siz öz adınızı tarixə bir Ali Baş Komandan kimi, elə əsl Babək kimi yazdınız. Əsl Babək Sizsiniz, biz onun obrazını oynayırıq.

Bu mükafat Azərbaycan sənətinə, sənətkarlara verilən qiymətdir. Biz başda Siz – Ali Baş Komandan olmaq şərti ilə qəhrəmanlarımızı, qazilərimizi mütləq kino xətti ilə vəsf etməyə borcluyuq. Bu, bizim borcumuzdur, biz gərək bunu edək”, - Xalq artisti söyləyib.


Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 8-də Xalq artisti Rasim Balayevə “İstiqlal” ordenini təqdim edib.скачать dle 12.1