Bia.Az

Deputat bu dəfə Nizami Abdullayev 4/44 ,Rüstəm Rüstəmov küçəsi 76 və 76B ünvanlarına getdi- - FOTOLAR

Siyasət
 3-08-2023, 19:06     275

Milli Məclisin deputatı Könül Nurullayeva qərargahına daxil olan müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib.

Millət vəkili qəbul zamanı vətəndaşlarla görüşərək, onların qaldırdığı müraciətlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb.
Deputat Könül Nurullayeva Nizami rayon sakinləri ilə səyyar görüşlərini də müntəzəm olaraq davam etdirir. Belə ki, millət vəkili K.Nurullayeva Nizami Abdullayev küçəsi 4/44, Rüstəm Rüstəmov küçəsi 76 və 76B ünvanlarında yaşayan seçicilərinə baş çəkərək, onların rastlaşdıqları gündəlik problemlər ilə yerindəcə tanış olub.

Qeyd edək ki, vətəndaşlarla görüş zamanı qəbul iştirakçılarını narahat edən problemlər sırasında asfalt örtüyünün yenilənməsi, məhəllədaxili yolların işıqlandırılması, su xəttinin bərpa olunması, su sayğacının quraşdırılması, məhəllələrin abadlaşdırılması, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata düşməklə bağlı yaşadığı çətinlik, işlə təmin olunma və s. bu kimi müxtəlif yönümlü məsələlər başlıca yer almışdır.

Faktinfo.az saytına deputat qərərgahından verilən məlumata görə, seçicilərin görüş ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər səlahiyyətləri daxilində qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.
























скачать dle 12.1