Bia.Az

Ədliyyə Nazirliyi İlyas İsmayılovun partiyasına da `YOX` DEDİ… – AÇIQLAMA

Siyasət
 2-08-2023, 15:10     294

Ədliyyə Nazirliyi Ədalət Partiyasının yenidən qeydiyyatla bağlı müraciətini geri qaytarıb.

BİA.AZ bildirir ki, bu barədə Qaynarinfo-ya açıqlamasında partiya sədrinin təşkilat məsələləri üzrə müavini Mütəllim Rəhimov məlumat verib.

O bildirib ki, reystrdən keçmək üçün nazirliyə 6251 nəfər üzv siyahısı təqdim olunub:
“Siyahıda bəzi texniki problemlər var, 800 üzvün telefon nömrəsi yoxdur, bəzilərinin də adı təkrarlanıb. Bu məsələləri aradan qaldırmalıyıq. İlyas müəllim müvafiq strukturlara göstəriş verib. Yenidən siyahıların üzərində işləyib nazirliyə təkrar göndərəcəyik”.скачать dle 12.1