Bia.Az

ŞOK İDDİA: “Paşinyan Ermənistanı Ankara və Bakı ilə...”

Siyasət
 28-07-2023, 16:47     378

“Ermənistanda çoxminlik azərbaycanlılardan ibarət icma yaradılması, İrəvanın Türkiyə və Azərbaycanla ittifaqa girməsi barədə qərar alınıb”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, belə bir iddia yerli politoloq Beniamin Matevosyan tərəfindən səslənib.

“Ermənistan, Azərbaycan və Rusiya Federasiyası xarici işlər nazirlərinin görüşündən sonra Sergey Lavrov Bakı və İrəvanın “öz ərazilərində milli azlıqların hüquqlarının təmin edilməsi üçün qarşılıqlı əsasda təminat verməyə hazır olduğunu” bəyan etmişdi.

Vaşinqton danışıqları günlərində ABŞ Dövlət Departamentinin baş müşaviri Lui Bono isə bunları deyib:

“Birləşmiş Ştatlar tərəflərin münasibətlərini həll etməsinə, birgə yaşaya bilmələrinə, həmçinin iqtisadi əlaqələri gücləndirmələrinə və hətta regionda kollektiv təhlükəsizliyi təmin etmələrinə kömək göstərəcək”.

“Kollektiv təhlükəsizlik” Azərbaycanla Ermənistan arasında hərbi-siyasi ittifaqın yaradılmasını da nəzərdə tutur. ABŞ regionda prosesləri tez koordinasiya etmək imkanından məhrum olduğu üçün Türkiyə bu işdə “nəzarətçi” roluna yiyələnir.

Vaşinqton görüşündən dərhal sonra Nikol Paşinyan məhz bu “bölgəsəlləşmə” gündəmini işləyib hazırlamağa başladı: sonuncudan əvvəlki mətbuat konfransında o, “Ermənistanın regionda təhlükəsizlik təminatları axtardığını” bəyan etmişdi. Son mətbuat konfransında isə bunu açıq şəkildə dilə gətirdi. Orada o, “regional qeyri-qarşıdurma siyasətinin” həyata keçirilməsinin zəruriliyi və “Ermənistan Respublikasının regional gələcəyin arxitekturasında yeri və rolunun aydınlaşdırılması” haqqında danışıb.

Paşinyan bu cür düsturlarla İrəvanın Türkiyə və Azərbaycanla müvəqqəti ittifaq yaratmaq yolunda olduğuna dəqiq işarə verir”, - deyə Matevosyan iddia edib.скачать dle 12.1