Bia.Az

Zaxarova Azərbaycanla münasibətlərdən danışdı

Siyasət
 26-07-2023, 17:22     263

“Rusiya Azərbaycan Prezidentinin iki ölkə arasında yüksək münasibətlərin vəziyyətinə dair qiymətləndirməsi ilə razıdır”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanmasından sonra əlaqələrimiz keyfiyyətcə yeni müstəvidə inkişaf edir. Biz birlikdə çalışırıq ki, bu strateji sənədin potensialı tam üzə çıxsın və tərəfdaşlığımız hərtərəfli xarakter alsın”, - deyə o əlavə edib.


Onun sözlərinə görə, Azərbaycan və Rusiya arasında möhkəm və sıx qarşılıqlı fəaliyyət Cənubi Qafqazın sabitliyinin əsas elementlərindən biridir.скачать dle 12.1