Bia.Az

Maqnat Vardanyanın mandatsız bəyanatı – O, erməniləri müqavimətə, savaşa səsləyir

Siyasət
 21-07-2023, 16:38     226

44 günlük müharibədən sonra istər Ermənistanda, istərsə də Qarabağın dağlıq hissəsində yaşayan erməniləri acı məğlubiyyətin yaratdığı məyusluq girdabından və apatiyadan çıxarmaq üçün bütün gücünü səfərbər edən ermənilərdən biri də biznesmen Ruben Vardanyandır.

O, bir ara Xankəndidə öz üzərinə “dövlət naziri” kimi bir vəzifə götürərək Azərbaycan erməniləri üçün nəsə etməyə çalışsa da, sona qədər uğurlu ola bilmədi, nəticədə vəzifəsindən və bölgədən getməli oldu. Ancaq bu şəxs, necə deyərlər, dəvədən yıxılsa da, “höt-höt” deməkdə davam edir.
Bu günlərdə Ruben Vardanyan növbət dəfə avantürist və təxribat xarakterli çıxış edib. Özü qarabağlı olmasa da, özünü Qarabağ ermənilərinin baş pasibanı, himayədarı sayan bu şəxs hələ də Qarabağda yaşayan ermənilərin adından danışır, onların Azərbaycanın təklif etdiyi imkanlardan imtina etdiklərini bildirib.
Vardanyan deyib: “Biz humanitar hava dəhlizinin təşkilini tələb edirik. İndiki şəraitdə yeganə həll yolu Artsax (bu termini də yaşadır, guya ki) əhalisinə ərzaq və digər zəruri malların çatdırılması üçün hava dəhlizinin təmin edilməsidir.. ... Hava dəhlizi məsələsini gündəmə gətirmək lazımdır, çünki Azərbaycan Ermənistandan bizə ərzaq almağa icazə vermək niyyətində deyil, biz də Azərbaycandan heç bir malın daşınmasına icazə verməyəcəyik - bu, son dərəcə təhlükəlidir”.
Bu, tipik erməni cığallığının və şivənliyinin bariz nümunəsidir. Bəllidir ki, Azərbaycan Ermənistandan Xankəndiyə ərzaq və digər humanitar yardımların, eləcə də tibbi ləvazimatların göndərilməsinə qadağa qoymur, sadəcə, aparılan yükləri nəzarətdə saxlayır ki, banan yeşiklərində “Kalaşnikov”, qumbara, mina, dron və sair hərbi səciyyəli yüklər keçirilməsin.
Hər halda Azərbaycan dövlətinin əlaqədar strukturlarının sərəncamında ermənilərin məhz bu cür saman altından su yeritməsi, hərbi səciyyəli materialların qaçaqmalçılığı ilə məşğul olması barədə operativ, səhih və məxfi məlumatlar var idi. Həkəri çayının üzərindəki Laşın postunun qoyulması məhz bu zərurətdən yarandı.
Vardanyana və o düşüncədə olan ermənilərə hava dəhlizi ona görə lazımdır ki, onlar Xankəndiyə hər cür silah-sursat daşıyıb yerləşdirə bilsinlər. Çünki ermənilərin sülhə gəlmək fikirləri yoxdur, hələ də düşünürlər ki, 30 il əvvəl olduğu kimi hərbi planda uğur qazana, de-marş edə bilərlər, yalnız ondan sonra sülh haqqında düşünmək olar.
Məsələnin bir başqa tərəfi də odur ki, bir dövlət başqasının ərzaq yardımı olmadan 3 gün yaşaya bilmirsə, o, daha nə dövlətdir, nə təsisatdır? Deməli, lap əvvəldən niyyət “DQMV”-i (1991-ci ildə ləğv olunub) Ermənistana birləşdirmək olub.
Fakt budur ki, Dağlıq Qarabağda zorla, silah və qəsb yoluyla qurulmuş oyuncaq təsisat yaşaya bilmir, yaşamaq iqtidarında da deyil.
Vardanyanın “biz Azərbaycandan heç bir malın daşınmasına icazə verməyəcəyik - bu, son dərəcə təhlükəlidir” deməsi isə müstəsna həyasızlıq və şər-böhtandır.
Birincisi, “biz” deyərkən o kimdir? Heç kim. Vardanyanın ermənilərin adından danışmaq üçün heç bir mandatı yoxdur. Onun Qarabağdan uzaqda, komfort içində yaşaya-yaşaya bu cür danışması sadə erməniləri daha böyük problemlərə qatlaşdırmaq niyyətindən doğur. Niyyət budur: qoy onların vəziyyəti daha ağırlaşsın və “ac qılınca çapat” situasiyası yaransın.
İkincisi, ermənilərin ərzağa, tibbi preparatalara və sair zəruri tələbat mallarına ehtiyacı varsa, bunu onlara Ermənistanın və ya Azərbaycanın verməsinin nə fərqi var?
Nə yəni? Azərbaycan ermənilərə verdityi ərzaqları zəhərləyərək kütləvi ölümlərə bais olacaqmı?
Vardanyanın “tson dərəcə əhlükəlidir” təsbitindən çıxan yeganə məna budur. O, bu ifadələrlə Azərbaycanın Xankəndidə yaşayan ermənilərin kökünü kəsəcəyi barədə iddia-ittiham irəli sürür.
Üçüncüsü, humanitar yardım göstərilməsi, xüsusi hava dəhlizinin yaradılması o zaman baş verə bilər ki, konkret ərazidə olan əhalinin başqa heç bir yerdən kömək almaq imkanı olmasın.
Azərbaycan isə Qarabağ ermənilərinə yüklərin Azərbaycan ərazisindən daşınmasına hazır olduğunu bəyan edib, lazım gəlsə, yüklərin təhlükəsizliyinə də təminat verə bilər. Ümumiyyətlə, bu, olduqca cəfəng bir iddiadır. 21-ci əsrin bu vaxtında heç bir dövlət öz ərazisində yaşayan etnik azlığa qarşı bu cür cinayətlərə yol verməz. Ermənilərin ağlı özlərinə gedir. Onlar məhz belə edərdilər və əllərinə fürsət düşdükdə ediblər.
Sadəcə, Vardanyan özündən əvvəlki qara-qışqırıqçılar kimi, Qarabağın dağlıq hissəsində yaşayan ermənilərin blokadada qalması, aclıq, iztirab çəkməsi haqqında nağıllar uyduraraq beynəlxaq miqyasda havadarlar toplamaq istəyirlər. Onların bu cür şivənlikləri hər dəfə yüksək səviyyədə təkzib olunsa da, ermənilərə qahmar çıxaraq blokada söhbəti edənlərə hər şey yerli-yataqlı başa salınsa da, xeyri olmur, bir həftə susurlar, sonra eyni həyasızlıqla yeni iddia irəli sürürlər.
Hələ qış aylarında o cür “millət fədailəri”ndən biri evinin işıqlarını söndürmüş, şam işığında selfi edib paylaşmışdı ki, guya bütün Xankəndi şəhəri qaranlığa qərq olub. Şəkilin arxa fonunda isə başqa bir mobil telefon elektrik şəbəkəsinə qoşulmuş adaptorla enerji yığırdı və onun yaşıl işığı göstərirdi ki, evdə elektrik enerjisi var.
Bu şivən qoparanların hamısı aşağı-yuxarı belədir.
Vardanyan ölkəsinin, Qarabağ ermənilərinin real gücünü bildiyi halda “daha qətiyyətli addımlar”dan danışır, “indiki hərbi vəziyyətdə Azərbaycan tərəfdən hər cür təxribata hazır olmalıyıq” deyir və əlavə edir ki, “hazırlığımızın səviyyəsi çox yüksək olmalıdır. Təkcə hərbçilər deyil, sıravi vətəndaşlar da müqavimətə hazır olmalıdırlar”.
Yəni o, Azərbaycanla savaşmaq niyyətini gizlətmir. Xankəndiyə gələn yüklərə nəzarət olunmamasını da bu üzdən istəyir. Əllərində yarımçıq işləri qalıb, aresanalları tam deyil, “hazırlıq səviyyələri yüksək” olmalıdır ki, hücuma keçə bilsinlər.
Onun bu hədəsi isə naçarlığından doğur: “Əgər hava dəhlizi təşkil olunmasa, biz öz gücümüzlə yolu açmalı olacağıq”.
Bax, burası maraqlıdır. Görək sərt olub, öz güclərinə güvənib nə edəcəklər?//Musavat.comскачать dle 12.1