Bia.Az

Gürcüstan Ukraynadakı səfirini geri çağırıb - YENİLƏNİB

Siyasət
 24-04-2020, 17:19     295

Gürcüstan Ukraynadakı səfirini geri çağırıb - YENİLƏNİBGürcüstan Kiyevdəki səfirini Mixeil Saakaşviliyə Ukraynada vəzifə verilməsinə etiraz olaraq geri çağırıb.

“bia.az” “UNIAN”a istinadən xəbər verir ki, Gücürstanın xarici işlər naziri Zalkaliani Ukrayna prezidenti Vladimir Zelenskinin Saakaşvilini baş nazirin müavini vəzifəsinə təyin etməsi haqqında qərarında çox məyus olub.

Bildirilib ki, Gürcüstanın Xarici İşlər Nazirliyi Ukraynadakı səfirini geri çağırıb.

Ukrayna Milli Polisinin keçmiş başçısı, Birləşmiş Milli Hərəkatın üzvü Xati Deknoidzenin sözlərinə görə, Gürcüstan hökuməti bununla Ukraynaya qarşı praktik olaraq diplomatik müharibə elan edib.

*** 16:12

"Ukraynada Mixeil Saakaşvili baş nazirin müavini təyin edilsə, Kiyevdəki səfirimizi geri çağıracağıq".

“bia.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya bildirib.

Gürcü Arzusu Partiyasının deputatı Rati İonatamişvili isə “İmedi” telekanalına deyib ki, Mixeil Saakaşvili Ukrayna baş nazirinin müavini təyin olunarsa, ikitərəfli münasibətlərə xələl gətirəcək.

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstanın keçmiş prezidentinə islahatlar üzrə baş nazirin müavini vəzifəsini təklif edib. M.Saakaşvili təklifi müsbət qarşılayıb.скачать dle 12.1