Bia.Az

Əliyevin Zelenskiylə görüşünün əhəmiyyəti...

Siyasət
 2-06-2023, 14:13     447

Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Vladimir Zelenskiylə ötən gün Moldovanın paytaxtı Kişinyovda baş tutan görüşü bir neçə səbəbdən əhəmiyyətlidir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.


Politoloqun sözlərinə görə, ilk növbədə bu görüş Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə dəstəyini tərənnüm etdirir:

“İkincisi, Azərbaycan dost Ukraynaya humanitar yardımlarını davam etdirəcək. Üçüncüsü, Azərbaycan Ukraynaya daha çox yanacaq verməyə hazırdır. Dördüncüsü, müharibədə valideynlərini itirən ukraynalı uşaqların Azərbaycanda dincəlmələri davam etdiriləcək.

Ermənistan Ukraynaya yardım etmir. Halbuki, Ukraynada müharibəyə qədər azərbaycanlılarla ermənilərin sayı faktiki eyniydi. Ancaq müharibə zamanı Ermənistan Rusiyanın qorxusundan Ukraynaya yardım etməyib. Azərbaycanın Ukraynaya yardımı Vaşinqton tərəfindən də yüksək qiymətləndirilib. Prezident Vladimir Zelenski müharibədən sonrakı dövrdə Azərbaycanın Ukraynadakı investisiya layihələrində fəal iştirakını arzuladığını bildirib”.
скачать dle 12.1