Bia.Az

“Azərbaycan Qarabağı alacaq, Paşinyansa…”

Siyasət
 26-05-2023, 14:10     365

Ekspert Hayk Usunts Moskva görüşü ilə bağlı maraqlı fikirlər səsləndirib. JAMAZ.İNFO xəbər verir ki, o, bu görüşü tamaşa adlandırıb.

Usunts iddia edib ki, Moskvada keçirilən görüşdə Praqada əldə olunmuş razılaşma müzakirə edilib. “Yəni, Qarabağı Azərbaycana vermək, rus qoşunlarını Qarabağdan və Ermənistandan çıxarmaq. Bundan sonra erməni xalqının taleyinin necə olacağına gəlincə, onlar razılaşmayıblar. Daha doğrusu, səssizcə razılaşıblar”.

Erməni ekspertin fikrincə, Vaşinqton və Brüsseldə saatlarla müzakirələr getdiyi halda, Moskvada bu, cəmi 20 dəqiqə çəkib. “Bu o deməkdir ki, əsas yemək Qərbdə bişirilir. Bütün bunlardan əsas faydalanan Türkiyədir. Azərbaycan öz mükafatını Qarabağ şəklində alır”.
Usunts qeyd edir ki, əgər Qərbin planı həyata keçərsə, Ermənistan anti-İran və anti-Rusiya platformasına çevriləcək. “Bu isə Ermənistanın məhv edilməsi deməkdir”.


Ekspert “Bəs, Nikol Paşinyan nə qazanır?” sualını verib, özü də cavablandırıb: “O, Boltonun  proqramını həyata keçirir. Bunun üçün şəxsi təhlükəsizlik zəmanəti alır. Faktların müqayisəsi və işlərin inkişafı belə bir əsaslı iddia irəli sürməyə əsas verir ki, Paşinyan bu planı həyata keçirmək üçün konkret pul alıb. İndi isə gizlədə bilmir. Məsələn, tikintiyə bu qədər pul haradan gəldi? Necə oldu da Ermənistan kokain biznesinin mərkəzinə çevrildi? Buna cavab vermək çətindir. Yalnız hakimiyyət dəyişəndən sonra üzə çıxacaq məsələlərdir”.скачать dle 12.1