Bia.Az

Paşinyandan Levon Ter-Petrosyana sərt təpki: Demək istəyir ki, onun məqsədi Qarabağın müstəqilliyi olub?

Siyasət
 25-05-2023, 01:42     280

Bu gün rəhbər tutduğumuz Alma-Ata Bəyannaməsini Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan imzalayıb. Bu bəyannamə o deməkdir ki, sovet respublikalarının inzibati sərhədləri dövlət sərhədlərinə çevrilir və onlar toxunulmaz hesab olunur.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər mayın 24-də parlamentdə Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən səslənib.

“Həmin sazişi Ter-Petrosyan imzalayıb və səhv etmirəmsə, Ter-Petrosyanın çoxluq təşkil etdiyi parlament tərəfindən də ratifikasiya edilib. Həmin vaxt o, parlamentin sədri olub. Serj Sarkisyan və Robert Köçəryan isə Ermənistan Ali Sovetinin deputatları idilər. Bəyannaməni imzaladıqdan sonra Ter-Petrosyan rusdilli “Zerkalo” qəzetinə müsahibə verib və bunları söyləyib: “Bu gün Rusiya muxtariyyətlərinin statusu Dağlıq Qarabağ əhalisini tam qane edərdi. Biz daha çox istəmirik”. İndi deyirlər ki, onların siyasi mübarizəsinin mənası və məqsədi müstəqillik idi? Müstəqillik uğrunda mübarizə aparırdılarsa, deməli, 1998-ci ildə hakimiyyət dəyişikliyi bu adamlar məğlub olduqları üçün baş verib. Onlar çıxıb deyəcəklər ki, camaat, siz nə danışırsınız, biz Azərbaycanın ərazi bütövlüyünü tanımırıq, Qarabağın müstəqilliyini tanıyırıq”, - deyə Paşinyan söyləyib.скачать dle 12.1