Ərdoğan Sinan Oğanın şərtlərini rədd etdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan birinci tur prezident seçkilərindən sonra şərtlərini açıqlayan namizəd Sinan Oğanın istəklərini qəbul etməyəcək.
Bakupost.az xəbər verir ki, bu barədə Türkiyə lideri CNN-ə müsahibəsində deyib.
O, Oğanın ikinci turda həlledici rol oynadığını qəbul etməyib: “Mən bu üslubda danışıqlar aparmağı sevən adam deyiləm. Burada həlledici rolu Türkiyə xalqı oynayacaq”.
Ərdoğan müxalifətin qaçqınların hərtərəfli deportasiyası ilə bağlı çağırışlarını rədd edib: “Türkiyə QHT-ləri Suriyanın şimalında yaşayış məntəqələri tikir ki, buradakı qaçqınlar öz vətənlərinə qayıda bilsinlər. Bu proses artıq başlayıb. Biz bir milyon qaçqını öz vətənlərinə qayıtmağa təşviq edirik”.
Qeyd edək ki, Sinan Oğan seçkilərdən sonra namizədlərlə razılıq üçün 5 şərt açıqlamışdı ki, onlardan biri də 13 milyon qaçqının ölkələrinə göndərilməsi idi.